Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-115/2023 31.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Şəxs ASC-nin (hüquqi ünvanı: Gəncə şəhəri, Şəmkir yolu, qanuni təmsilçisi: X1; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC Azərbaycan Respublikası Mərkəzi Bankının vəzifəli şəxsinin icrası məcburi olan göstərişlərini yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına və barəsində icraat aparılan ASC-ə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrin iştirakı təmin edilməmişdir. Məhkəmə nümayəndələrin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İşdə olan materiallara əsasən: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs ASC 12 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. 27 dekabr 2022-ci il tarixli EP ******* nömrəli protokoldan görünür ki, Şəxs ASC barəsində İXM-nin 548.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022- 16666 nömrəli məktubundan görünür ki, Şəxs ASC-dən idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması barədə auditor rəyinin təqdim edilməsi tələb edilmişdir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) təqdim edilir. Emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır. Lakin aşağıda qeyd edilən səhmdar cəmiyyətlər tərəfindən 2021-ci ilin nətəcələrinə görə emitentlərin illik hesabatları Mərkəzi Banka təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ASC-dən idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması barədə auditor rəyinin təqdim edilməsi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tələb edilsə də, həmin sənədlər ASC tərəfindən təqdim edilməmişdir. Bununla da Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək cərimə olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 8.000 (səkkiz min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-115/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-115/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver