Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1150/2024 25.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)3767/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 150 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş borcluya təqdim edilmiş, borclunun inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıqlar verilmiş və izahatı alınmışdır. Buna baxmayaraq X4 borcunu tam ödəməmiş və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə maddi imkanının aşağı olduğundan hər ay 150 manat məbləğində hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Hal-hazırda 7000 manat borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 məhkəmə iclаsının vахtı və yеri bаrədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə icra məmurunun iştirakı olmadan bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, yığılmış borcdan 1500 manat ödəmiş, mütəmadi olaraq isə hər ay 150 manat məbləğində aliment ödənişlərini ödəyir. Daha sonra o, bildirmişdir ki, Rusiya Federasiyasında cəza çəkdiyi və həmçinin pandemiya müddətində ödənişləri həyata keçirə bilməmiş və buna səbəbdən də aliment borcları yığılmışdır. Sonda o, hazırda fərdi əməklə məşğul olduğunu, borcunu yalnız hissə-hissə ödəmək imkanı olmasını nəzərə çatdırıb, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında borclu şəxsin müdafiəçisi Nümayəndə çıxışında aliment borcu üzrə barəsində icraat aparılan şəxs Şəxs hər ay 150 manat olmaqla ödənişləri həyata keçirdiyini, yığılmış 7000 manat borcdan isə 1500 manat ödənilməsini qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi yaradılmış və bu zaman o, Şəxs borcu hissə-hissə ödəməsinə razı olmadığını bildirərək yığılmış borcun tam şəkildə ödənilməsini tələb etmiş və əks təqdirdə isə barəsində icraat aparılan şəxsin inzibati qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 18 mart 2024-cü il tarixli MN №1481911 nömrəli protokoldan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)3767/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilmir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)3767/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs hər ay 150 manat aliment tutularaq tələbkar X2 xeyrinə tutulmalıdır. - xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 şəhər Nizami Rayon Məhkəməsinin 2(044)3767/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, bugünkü günə aliment borcundan cəmi 1300 manat ödəniş etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli, 3(125)-1150/2024 saylı Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən Şəxs axtarışa verilmişdir. xx.xx.2024-cü il tarixli, 3(125)-1150/2024 saylı Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraat təzələnmişdir. - Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs ona 4000 manat aliment ödəmişdir. Hal-hazırda Şəxs ona 8000 manat aliment borcu olduğunu bildirmişdir. - xx.xx.2024-cü il tarixli mpay qəbzindən görünür ki, borclu Şəxs 1000 azn məbləğində ödəniş etmişdir. - xx.xx.2024-cü il tarixli mpay qəbzindən görünür ki, borclu Şəxs 500 azn məbləğində ödəniş etmişdir. - xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli mpay qəbzlərindən görünür ki, borclu Şəxs 150 azn məbləğində ödənişlər etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1150/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1150/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver