Məhkəmə qərarları › İş №3(125)-1152/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1152/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1152/2025 02.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X2 iştirakı ilə, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26316804 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri X11 kameralara nəzarət edən operator vəzifəsində işləyən polis serjantı X7 vəzifə səlahiyyətlərini aşaraq orada qanunsuz işləmən məşğuldur. Belə ki, bu şəxs 27 fevral 2025-ci il tarixdə saat 11:28 də Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən Kapital bankın qarşısında qardaşım X3 məxsus "BMW" markalı avtomobil qeydiyyat nömrəsi **-BE-*** olan həmin avtomobilnən ikinci xəttdə qəza vəziyyətini bildirən işıqları yandırmaq şərti ilə təxminən 3 dəqiqə olar ki orada dayanmışdır. Biraz sonra mənim telefonuma sms vasitəsi ilə protokol nömrəsi EQ26316804 80 manat məbləğində və 2 bal cərimə edilməyim haqqda məlumat gəlmişdir. Lakin mən bu cəriməynən razılaşmıram ona görə ki, ilk növbədə operator X4 bir başa məsulliyyətsizliyi ucbatından bu vurulan cərimə mənim adıma vurulmuşdur, lakin mən həmin vaxt öz evimdə olmuşam, bu bir qanunsuzluqdur. İkincisi vurulan cərimə müşahidə kamerasından vurulmuş cərimədi və ən əsası bu şəxs yəni X7 operator işləyə işləyə vurulmuş cəriməni sistemdə bir başa öz adına vurmuşdur. Bu isə tam qanunsuzdur. Çünki operatora o səlahiyyət verilməyib ki, o cərimələri vurarkən protokolu öz adına rəsmiləşdirsin.Bu insan bu qanunsuz hərəkəti ona görə edir ki, faydalanmaq məqsədi ilə ödənilən cərimələrin müəyyən bir faizi bunun əmək haqqına əlavə edilsin. Bu da tam qanunsuzdur. X1 mənə vurduğu cəriməni planşet ilə monitordan çəkib göndərib. Burdan sual yaranır bu planşet bu şəxsdə hardandır kimdən qeyri qanuni götürüb vətəndaşlara bu monitordan çəkib cərimə göndərir özüdə göndərdikləri cərimələri öz adına rəsimləşdirir. Bu insan orda oturub ancaq və ancaq öz cibinə işləyir dövlətin pulunu mənimsəyir. Yuxarıda göstərdiklərimi nəzərə alaraq X4 heçbir əsası olmadan qərəzli şəkildə mənə qanunsuz olaraq öz adına rəsmiləşdirdiyi protokol nömrəsi EQ26316804 olan elektron qərarına xitam verilməsinə xüsusi qərardar çıxarasınız. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X8 çıxışında qayda pozuntusu törətdiyini etiraf edərək bildirmişdir ki, qardaşı Sərxan Həsənov xx.xx.2025-ci il tarixdə H.Əliyev prospektində yerləşən "xxxx"ASC-nin qarşısında 2-ci xətdə ona məxsus avtomobili saxlamış və X7 tərəfindən müşahidə kamerası vasitəsi ilə cərimə edilmişdir. O, həmin cəriməni sistemlə vurmadığını, planşet vasitəsi ilə qanunsuz yolla vurduğunu, öz adına protokollaşdırdığını, həmin pozuntuyla bağlı video görüntünü yollamadığını qeyd edərək bildirdi ki, sistemlə vurduqda cərimə dövlətin nəfinə oturur, lakin planşetlə vurduqda isə cərimənin 25 faizi cərimə edən şəxsin balansına oturur. X13 operator olduğundan öz adına protokol açdıra bilməz. Odur ki, qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş X16i İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 26316804 nömrəli qərarından görünür ki, “BMW” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X5 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə saat 11:28:30-da “ BMW” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Heydər Əliyev prospektində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə durmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 52-ci maddəsinin İ hissəsinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. 81-ci maddəsinə görə bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə görə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 (səksən) manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin “Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Çünki, həmin qanunla yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağan olunur. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, X15 idarə etdiyi “BMW” minik markalı, 20 BE-002 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospektində saat 11:28:30-da 3.27 nişanının təsir dairəsində saxlamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, M.İ.Həsənov xx.xx.2025-ci il tarixdə, saat 11:32 radələrində Gəncə Şəhəri Heydər Əliyev pr-də yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durma qaydalarını pozaraq özünə məxsus **-BE-*** dövlət qeydiyyat nişanlı “BMW” minik markalı avtomobili saxlamış, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 124.5-ci maddəsinə görə bu Məcəllənin Bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1– 346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığ hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə hesab edir ki, M.İ.Həsənovun Baş Dövlət Yol İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə özünə məxsus “BMW” minik markalı, **-BE-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi üzrə 80 manat məbləğində cərimə edilmişdir. M.İ.Həsənov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia edərək qərarın qanuniliyini mübahisələndirmiş və ona qarşı edilmiş qərəzli münasibətə görə şikayət etmişdir. O, məhkəmə iclasında isə törətdiyi inzibati xətanı etiraf etmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntüdən də aydın olur ki, xx.xx.2025-ci il tarixdə M.İ.Həsənovun idarə etdiyi ““BMW” minik markalı, **-BE-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Heydər Əliyev prospektində qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni “3.27 - Dayanmaq qadağandır” yol nişanının təsir zonasında hərəkətsiz vəziyyətə gətirilmiş şəkildə durmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla M.İ.Həsənov tərəfindən xətanın törədilməsi faktı aşkar edilmişdir. M.İ.X6 Məcəlləsinin 346.4-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26316804 nömrəli elektron qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayəti ərizəsi təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26316804 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar