Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1154/2025 17.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ 1-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi polis mayoru Faiq Quluyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Leo jeans” kişi geyimləri mağazasının qarşısında adı sonradan məlum olan Şəxs ucadan nalayiq ifadələr işlədib ətrafda olan şəxslərin diqqətini özünə cəlb etməsini görüb həmin şəxsə yaxınlaşaraq sakitləşməsini tələb etmiş, bu zaman Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Nəticədə Şəxs Azərbayan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ 1-ci polis şöbəsinin İTB-nin polisi sahə rəisi polis mayoru Faiq Quluyev çıxışında protokolun məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında bildirdi ki, “Dost” iş mərkəzində təmizlik işləri üzrə köməkçi kimi çalışır, boş vaxtlarında dayısına məxsus kişi geyimləri mağazasında köməklik göstərir. Onda şəxsiyyət pozğunluğu postkontuzion sindromu olduğundan biraz əsəbləşən kimi yüksək səslə danışır, özündə olmur və anlaqsız olur. O, hazırda psixoloji dispanserdə qeydiyyatdadır və müalicə alır. 17 mart 2025-ci il tarixdə “Leo Jeans” kişi geyimləri mağazasının qarşısında telefonla danışan zaman dostuna əsəbləşdiyindən yüksək səslə danışmış, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq yüksək səslə nalayiq ifadələr işlətdiyini irad bildirmiş, o da polis əməkdaşlarının üstünə qışqırmışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, şöbəyə getməsini tələb etmiş, ilkin olaraq onlara tabe olmamış, daha sonra polis əməkdaşları ilə şöbəyə getmişdir. İfadəsinin sonunda o, İİ Qarabağ müharibəsində iştirak etməsini, özünün isə İİİ qrup əlil olmasını və Psixoloji dispanserdə qeydiyyatda olduğunu nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ 1-ci PŞ-nin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı X2 çıxışında xidmət aparan zaman 1 nəfər şəxsin mobil telefonla ucadan nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və nizam-intizama dəvət etmişlər. Adı soradan onlara məlum olan Şəxs yenə nalayiq ifadələr işlətməyə davam etmiş, onlara “siz kimsiniz məni aparırsınız?” deyərək tabesizlik göstərmişdir. Bu vəziyyət təxminən 8-10 dəqiqə davam etmiş və şəxsi 1-ci polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında digər şahid X6 şahid X2 ilə eyni məzmunlu ifadə verərək ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan: - Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. - xx.xx.2021-ci il tarixli, 408 saylı 704 saylı Hərbi Hissə tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “partlayış travması, keçirilmiş qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi” xəsarəti almışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 005 nömrəli stasionar reablitasiya kartasından çıxarışdan görünür ki, Şəxs İmaməli oğlu sağ çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulmuşdur. - 21 iyun 2021-ci il tarixli, 14853 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2020), baş-beyin silkələnməsinin tez-tez baş verən qıcolma tutmaları şəklində təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlaməti, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması diaqnozu qoyulmuşdur. - 16 sentyabr 2024-cü il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Şəxs partlayış travması (xx.xx.2020) almışdır. - Gəncə şəhər X8 İİ X5 Şöbəsinin stasionar xəstənin kartından çıxarış epikrizindən görünür ki, qapalı kəllə-beyin zədələnməsinin qalıqları, kəllə daxili travma diaqonozu qoyulmuşdur. -16 fevral 2024-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, Şəxs üzvi mənşəli şəxsiyyət pozğunluğu və postkontuzion sindromu diaqnozu qoyulmuşdur. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs llİ qrup əlil olmasını və Psixoloji Dispanserdə qeydiyyatda olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1154/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1154/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver