Məhkəmə qərarları › İş №3(125)-1156/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1156/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1156/2022 13.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İsmayılov X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Gəncə şəhər BPİ X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ DYPŞ-nin polis mayoru X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə tərtib edilmiş iş materialları baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İsmayılov X3 barəsində xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tаriхli, EQ 10931204 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Azərbaycan Respublikasının İXM-nin 346.1ci maddəsinə əsasən 20 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İşə baxılması zamanı “Asanpay” ödəniş sistemi vasitəsilə yoxlanarkən EQ 10931204 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla tətbiq edilmiş inzibati cərimənin ödənildiyi müəyyən edilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati protokolu tərtib edən Gəncə Şəhər BPİ-nin Dövlət yol polis şöbəsinin İnzibati təcrübə üzrə baş inspektor polis mayoru X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov X5 məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs İsmayılov X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş mаtеriаllаrındа оlаn və məhkəmə bахışındа tədqiq еdilmiş: - xx.xx.2022-ci il tаriхli, EQ 10931204 saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Mirzə Musa оğlu Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 346.1-ci maddəsinə əsasən 20 manat məbləğində inzibаti cərimə еdilmişdir. - xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibаti хətа hаqqındа prоtоkоldаn görünür ki, İsmayılov X5 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul еdilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra еtməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki işə baxılması zamanı “Asanpay” ödəniş sistemi vasitəsilə yoxlanarkən EQ 10931204 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla tətbiq edilmiş inzibati cərimənin ödənildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeydində göstərilmişdir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu və digər xərcləri inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, cəriməni və dəbbə pulunu tam şəkildə ödədiyi üçün Azərbaycan Respublikası İXM-in 529.3-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov X5 inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-34, 106-115, 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov X5 inzibati məsuliyyətdən azad edilsin. İsmayılov X3 xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar