Məhkəmə qərarları › İş №3(125)-1162/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1162/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1162/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X11 haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X11 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli X11 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, istifadəsində olan “asan pay” elektron kabinetini yoxlayan zaman barəsində İnzibatı xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli X11 haqqında qərarın olduğu müəyyən edilmişdir. Sözügedən qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat inzibati cərimə edilmişdir. İstifadəsində olan “asan pay” elektron kabinetində inzibati xətanın tördərildiyi yerin ünvanı ünvan 1 etdiyi əmlakı 07 aprel 2019-cü il tarixdən etibarnamə əsasında özgəninkiləşdirdiyi səbəbindən, X6 ilə əlaqə saxlamış, sənin protokol barədə məlumatın varmı deyə soruşduqda, heç bir məlumatı olmadığını bildiridi, tikinti işləri aparması üçün müvafiq sənədlərin ona onun tərəfindən verildiyini, lakin, tikintiyə icazə sənədləri onun adına olduğu səbəbindən, əmlakı öz adlarına keçirmədiyini və tikilini yekunlaşdırıb, sənədləşdirdikdən sonra buna edəcəyini ona bildirmişdir. Eyni zamanda, İcra Hakimiyyətinin əməkdaşları tərfindən əmlaka baxış keçirilən zaman, özü həmin ərazidə olmadığı səbəbindən, tikilini aparılmasında iştirak edən qohumu tərəfindən etibarnamə də daxil olmaqla, tikiliyə icazə verilməsi barədə müvafiq İcra Hakimiyyəti başçısının qərarının və eskiz layihənin həmin qurumun əməkdaşlarına təqdim etdiyi ona demişdir. Yəni, Gəncə şəhəri İcra Hakimiyyəti aparatının baş memarının işçilərinin tikintinin X6 tərəfindən aparıldığı barədə məlumatlı olduqlarını qeyd etdi, lakin, ona belə protokol tərtib edəcəkləri barədə heç bir məlumat vermədən bunu etdiklərini bildirdi. Həmçinin bildirmək istəyir ki, bir inzibati xətaya görə yenidən barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Halbuki qeyd edilən ikinci protokol və onun əsasında qəbul edilmiş qərar İnzibati xətalar məcəlləsinin tələblərini pozmuşdur. Yuxarıda qeyd etdiyi protokol və həmin protokol əsasında qəbul edilmiş qərar onun iştirakı olmadan, hüquq və vəzifələri ona izah edilmədən, heç bir araşdırma aparılmadan və heç bir sübuta istinad olunmadan inzibati xəta haqqında barəsində protokol tərtib edilmişdir və onun əsasında qərar qəbul edilmişdir. Eyni zamanda X11 haqqında qərarda da qərarın tərtib olunması və İXM-nin 115-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin diqqətinə çatırır ki, Gəncə şəhəri, Sevil Qaziyeva küçəsi, 1-ci döngə, ev 15 ünavanda yerləşən əmlakda heç bir özbaşına tikinti aparılmamışdır. Belə ki, həmin qeyri-yaşayış sahəsi tikilməmişdən qabaq, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı və Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmış eskiz layihəsi (şikayətimə əlavə edirəm) olmuşdur. İcra Hakimiyyətinin razılığı olmadan heç bir tikinti işlərini aparmaq mümkün deyil, dərhal həmin tikilini sökdürərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə cərimə nəzərdə tutulsa da həmin obyektdə heç bir tikinti quraşdırma işləri aparılmamışdır. Faktiki olaraq görünür ki, inzibati xəta barədə heç bir araşdırma aparılmamış, onun göstərilən inzibati xətanın törətməyini nə ilə sübuta yetirildiyi isə aydın deyildir. Bundan əlavə Gəncə şəhəri İcra Hakimiyyəti aparatının baş memarı tərəfindən qərar qəbul edilərkən onun iştirakı təmin olunmamışdır. Bildirir ki, o, İXM-də nəzərədə tutulmuş yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətaların heç biri tələblərini pozmamışdır. Bundan başqa yuxarda qeyd etdiyi protokol barədə məlumatı olmayıb. Lakin buna baxmayarq onun iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraat haqqında işə baxılaraq barəsində xx.xx.2025-cü il tarixli X11 haqqında qərarı qəbul olunmuşdur. Bununla da müvafiq icra hakimiyyəti tərəfindən İXM-nin 596-cı maddənin tələbini kobud şəkildə pozulmuşdur.Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, bu Məcəllənin 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə -vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Onun barəsində “X11 Haqqında” xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək bidirmişdir ki, o, ona məxsus olan əmlakı 2019-cu il tarixdə etibarnamə əsasında özgəninkiləşdirmişdir. O, eyni əsaslara görə eyni maddə ilə 3 dəfə cərimə olunmuşdur. O, istifadəsində olan “asan pay” elektron kabinetində inzibati xətanın tördərildiyi yerin ünvanı ünvan 1 etdiyi əmlakı 07 aprel 2019-cü il tarixdən etibarnamə əsasında özgəninkiləşdirdiyi səbəbindən, X6 ilə əlaqə saxlamış, sənin protokol barədə məlumatı varmı deyə soruşduqda, heç bir məlumatı olmadığını bildirmiş, tikinti işləri aparması üçün müvafiq sənədlərin ona onun tərəfindən verildiyini, lakin, tikintiyə icazə sənədləri onun adına olduğu səbəbindən, əmlakı öz adlarına keçirmədiyini və tikilini yekunlaşdırıb, sənədləşdirdikdən sonra buna edəcəyini ona bildirmiş. Eyni zamanda, İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əmlaka baxış keçirilən zaman, özü həmin ərazidə olmadığı səbəbindən, tikilinin aparılmasında iştirak edən qohumu tərəfindən etibarnamə də daxil olmaqla, tikiliyə icazə verilməsi barədə müvafiq İcra Hakimiyyəti başçısının qərarının və eskiz layihənin həmin qurumun əməkdaşlarına təqdim etdiyi ona demişdir. Yəni, Gəncə şəhəri İcra Hakimiyyəti aparatının baş memarının işçilərinin tikintinin X6 tərəfindən aparıldığı barədə məlumatlı olduqlarını qeyd etdi, lakin, ona belə protokol tərtib edəcəkləri barədə heç bir məlumat vermədən bunu etdiklərini bildirdi. Bu səbəbdən şikayətin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Gəncə Şəhər İcra hakimiyyətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, o, özüdə tikinti aparılan obyektdə olmuşdur. O, X2 orda görməmişdir. Qanunsuz tikili ilə bağlı dəfələrlə xəbərdarlıqlar etmişlər. O, tikinti aparılan ünvana getdiyi zaman ustalara tikintini dayandırmalarını bildirsədə onlar tikintiyə davam etmişlər. Onlar tikintinin qadağan olunması ilə bağlı məhkəməyə müraciət etməmişlər. Onlar tikintinin formasına baxdıqları zaman onun yaşayış üçün olubolmadığını bilirlər. Obyekt hal-hazırda tikilib qurtarıbdır. Gəncə Şəhər İcra Hakimiyyətinin X3 məxsus mülkün təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinin inşa edilməsinə icazə verilməsi ilə bağlı sərancamından heç bir xəbəri yoxdur. Bu məsələnin araşdırılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 2017-ci il tarixli sərancamından görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, 7-ci döngə, 4 nömrəli evdə yaşayan X1 müraciəti və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin rəyin nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndini əsas tutaraq qərara alınır: 1.ünvan 2 ünvanda yerləşən X3 məxsus mülkün təyinatının dəyişdirilərək sahəsi 100,0 kv.m olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə icazə verilsin.

2. R.Qurbanova tapşırılsın ki, qeyri-yaşayış sahəsinin istifadəsi zamanı yanğın təhlükəsizliyi və sanitar-gigiyena qaydalarına ciddi riayət etsinlər.

3. Sərəncam imzalandığı gündən qüvvədədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 2017-ci il tarixli sərancamından görünür ki, ünvan 2 ünvanda yerləşən X3 məxsus mülkün təyinatının dəyişdirilərək sahəsi 100,0 kv.m olan qeyri-yaşayış sahəsinin inşa edilməsinə icazə verilmişdir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi sərancamla bağlı heç bir məlumatı olmadığını bildirərək bu məsələnin araşdırılması üçün məhkəmə iclasının təxirə salınması xahiş etsədə özü növbəti məhkəmə iclaslarında iştirak etməmiş və öz sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər İcra Hakimiyyətinin baş memarı X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar