Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1163/2025 18.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyil və hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, qanunsuz və əsassız nəticəyə gəlinmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində qardaşı X3 məxsus **-EU-*** dövlət qeydiyyat nişanlı Lada (Vaz) Niva markalı avtomobillə onunla birlikdə Gəncə şəhəri, Nəriman Nərimanov prospektində hərəkət edərkən yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə Chevrolet Aveo markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X10 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli sayılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (ara məsafəsi pozma) təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan məhkəməyə şikayət verdi və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)- 97/2025 nömrəli qərarı ilə şikayəti təmin edildi, Gəncə şəhər Baş Polisi İdarəsinin X13 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edildi və başlanmış inzibatı xətalara dair iş üzrə icraata xitam verildi, Gəncə şəhər Baş Polisi İdarəsinin X13 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silindi. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-94/2025 nömrəli qərarı ilə də Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-97/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanıldı. Gəncə şəhər Baş Polis İdarəsinin X10 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayəti əsasında Gəncə Şəhər Məhkəməsi tərəfindən 3(125)-97/2025 nömrəli işə baxılarkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi üzrə onun tərəfindən ara məsafəsi qaydalarının pozulması və ya hər hansı bir digər yol hərəkəti qaydasının pozulması hallarına yol verilməmişdir. Bir sözlə, yol nəqliyyat hadisəsinin baş verməsi onun hər hansısa qanunazidd hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməmişdir. Əksinə, işə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb digər nəqliyyat vasitəsi sürücüsünün məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərinə əməl etməməsi olmuşdur. xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsi üzrə onun tərəfindən hər hansısa bir yol hərəkəti qaydası pozuntusu törədilmiş olsaydı inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilib inzibati xəta haqqında işin yenidən baxılması üçün X13 şöbəsinə göndərilməsi haqqında qərar qəbul edilərdi. Halbuki, yol nəqliyyat hadisəsinin beş verməsində hər hansı təqsiri olmadığı üçün İXM-nin 53-cü maddəsinə istinadən barəsində başlanılmış inzibati xətalar haqqında işin icraatına xitam verilmişdir. Bir sözlə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirsiz olduğu öz təsdiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibatı xətalar haqqında işlər üzrə icraatı rədd edən halların dairəsi müəyyən edilmişdir. İXM-nin 53.1.7-ci maddəsinə müvafiq olaraq, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibatı tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə barəsində başlanılmış inzibatı xəta haqqında işin icraatına xitam verilmiş və həmin hadisə üzrə təqsirsiz olduğu öz təsdiqini tapmışdır. Bu hal isə, hazırda mübahisələndirilən xx.xx.2025-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilərək inzibatı xəta haqqında başlanmış icraata xitam verilməsi üçün qanuni əsasdır. Yuxarıda sadalanan qanunvericilik aktlarına zidd olaraq Gəncə şəhər Baş Polis İdarəsinin X12 eyni yol nəqliyyat hadisəsinə görə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarla ikinci dəfə ona inzibati tənbeh vermişdir. Bu isə İXM-nin tələblərinə tamamilə zidd və qanunsuzdur. Gəncə şəhər Baş Polis İdarəsinin X10 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının qanunsuzluğu ilə bağlı ikinci əsas ondan ibarətdir ki, həmin qərara görə inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Halbuki, yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermişdir. Yəni, inzibati xəta haqqında protokol yol nəqliyyat hadisəsinin baş verdiyi tarixdən 2 ay 25 gün sonra tərtib edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Əvvəla, hazırkı işdə İXM-nin 101 və 102-ci maddələrində göstərilən əsaslar mövcud olmamışdır. Çünki, hadisə yerindən yayınmamış və şəxsiyyəti barədə məlumatları (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin sənədi) elə hadisə yerindəcə X11nin məsul şəxsinə təqdim etmişdir. O cümlədən inzibati araşdırma müddəti yuxarı vəzifəli şəxs tərəfindən də uzadılmamışdır. Lakin istənilən halda inzibatı xəta haqqında protokolun tərtib edildiyi xx.xx.2025-ci il tarixdə artıq xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinin baş verməsinə görə inzibati araşdırma müddəti bitmişdi. Çünki protokol tərtib edilən vaxt hadisənin baş verməsi tarixindən 2 ay 25 gün müddət keçmişdi. Ona görə də xx.xx.2025-ci il tarixdə inzibatı xəta haqqında protokol tərtib edilə bilməzdi. Gəncə şəhər Baş Polis İdarəsinin X10 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının qanunsuzluğu ilə bağlı üçüncü əsas ondan ibarətdir ki, həmin qərar guya əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə barəsində çıxarılmışdır. Halbuki, yol nəqliyyat hadisəsi Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ərazisində (EDEN restoranı və Bazar Store market yaxınlığında) baş vermişdir və həmin yol tək istiqamətli yoldur. O cümlədən, hadisənin baş verməsi istinad edilən manevr qaydaları ilə bağlı olmamışdır və bağlı ola bilməzdi. Çünki, hadisə baş verən an əks istiqamət zolağına çıxmalı manevr etməmişdir. Gəncə şəhər Baş Polisi İdarəsinin X13 Şöbəsinin xx.xx.2025ci il tarixli, TP ******* nömrəli qərarı xx.xx.2025-ci il tarixdə ona rəsmi qaydada təqdim edilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixdə qərardan şikayət verməklə qanunla nəzərdə tutulmuş müddəti ötürmür. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət X10 xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə “VAZ 21214” minik markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, N.Nərimanov prospektində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X4 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)- 97/2025 nömrəli qərarından görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət X10 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət X10 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X13 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır. Şikayətə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-94/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 17 yanvar 2025-ci il tarixli, 3(125)-97/2025 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə şikayəti, ona əlavə edilmiş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, yuxarıda qeyd olunanları və inzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərə alaraq hesab edir ki, Gəncə şəhər DYPŞ-nin polis leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X2 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması barədə xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-də nəzərdə tutulmuş imperativ normalara və qanunvericiliyin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduğundan Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və İXM-nin 53.1.7-ci maddəsinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin 53.1.7-ci maddəsinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Gəncə şəhər DYPŞ-nin polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 barəsində Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1163/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1163/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver