Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1166/2023 18.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Baş X9 İdarəsinin Xüsusi X7 Xidmətinin xx.xx.2023-cü il tarixli TP5737725 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN-nin Xüsusi X7 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş X3 xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X3 məhkəməyə şikayət verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə istifadədə olan BMW 5281 markalı **-EM- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol polisi əməkdaşı məni saxlamış və avtomobilin səs gücləndiricisində səsin normadan artıq çıxdığını bildirmiş və avtomobili cərimə meydançasına aparmışlar. Bundan sonra həmin tarixdə barəmdə inzibati protokol və qərar çıxarılmışdır. Sözügedən protokoldan görünür ki, guya o mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələbləri pozmaqla avadanlığı dəyişdirmişdir. Buna görə də barəsində xx.xx.2023-cü il tarixdə İXP5421404 nömrəli inzibati qərar qəbul edilmiş və İXMin 342.3-cü maddəsi ilə təqsirli bilinərək mənə 500 manat inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. O bununla qəti razı deyil və bunu aşağıdakılarla əsaslandır. Azərbaycan Respublikası İXM-in 342.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti iki cür hərəkətdə ifadə olunur: ya nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmalıdır, ya da həmin işlənmiş qazları xaric etmə sistemi normativ tələblər pozulmaqla dəyişdirilməlidir. Barəsində qəbul edilmiş inzibati qərarda bu obyektiv cəhətin ikincisi önə sürülsə də, bildirir ki, o qərarda əks olunduğu kimi avtomobilin işlənmiş qazlan xaric etmə sistemini nəinki normativ tələblər pozulmaqla, ümumiyətlə dəyişdirməmişdir. Həmin dəyişdiklərin nədən ibarət olmasını yol polisinin əməkdaşı müəyyən etməli, o, araşdırma aparmalı idi ki, sözügedən dəyişdiklər həqiqətən varmı və dəyişdiklər hansı formada aparılmışdır. O avtomobilini xx.xx.2022-ci il tarixdə texniki baxışdan keçirtmiş və həmin vaxtı avtomobilində heç bir (ən əsası da hazırda mübahisələndirilən) texniki nasazlıq aşkar olunmamış, bundan sonra o avtomobili rahat şəkildə idarə etmişdir. O, işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla dəyişiklik deyəndə hansı hərəkəti ilə bunu etmiş olduğunu başa düşməmişdir. Düşünür ki, ilk əvvəl sözügedən dəyişikliyin nədə ifadə olunmasını müəyyən etmək üçün mütəxəssis işə cəlb edilməli, həmin mütəxəssis tərəfindən müvafiq fikir bildirilməli idi ki, “dəyişiklik” deyəndə bu əməllərdə ifadə olunmuşdur. Şərti olaraq qəbul etsə ki, işlənmiş qazlan xaric etmə sisteminə o və ya kimsə tərəfindən normativ tələblər pozulmaqla dəyişiklik edilmişdir. Onda İXM-in 342-ci maddəsində bu dəyişikliyin hansı məqsədlə (mühərrikin səs gücünün artınlması) apanlması göstərildiyindən, onun bu məqsədlə belə bir əməl etməyi araşdırılmalı idi. Bu inzibati xətanın törədilməsində subyektiv cəhət (xətanı törədilməsindəki məqsəd) necə sübut olundu ki, o bu əməli hansı niyyətlə etmişdir. Yol polisi əməkdaşı necə müəyyən etmişdir ki, o bir tərəfdən işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla dəyişiklik etmiş, həm də ki bu mübahisələndirdiyi məsələlərdən biri də odur ki, “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavədə nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısının 4-cü hissəsinin 4-cü bəndində göstərilmişdir ki, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nasazlıqlar aradan qaldırılmalıdır. Nasazlığa görə cərimə meydançasına yerləşdirmişlərsə, bəs onda necə oldu ki, həmin nasazlıq aradan qaldırılmadan avtomobil cərimə meydançasından çıxarıldı? Əgər belə bir nasazlıq varsa, onda həmin nasazlıq aradan qaldırılmadan avtomobilin istismara buraxılması özü bir pozuntu sayılır. Odur ki, barəsində qəbul edilmiş Baş X9 İdarəsinin Xüsusi X7 Xidmətininxx.xx.2023-cü il tarixli TP5737725 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayətin məzmununa uyğun izahat verərək, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası DİN-nin Xüsusi X7 Xidmətinin yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 342.3cü maddəsi ilə təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 tərəfindən daxil olmuş 3-13-57-5/2-3668/2023 nömrəli məktubun surətindən görünür ki, avtomobilin sürücüsü X3 barəsində tərtib edilmiş qərar onlar tərəfindən tərtib edilmədiyindən avtomobilin sürücüsü barəsində aparılan sənədələşdirmə barəsində heç bir məlumat verə bilməmişlər. Məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bir sıra prosessual tələblər pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və digər hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarından görünür ki, X1 idarə etdiyi BMW 5281 markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobiliin müayinə edilməsi zamanı ona heç bir bildiriş təqdim edilməmiş, habelə avtomobil Gəncə şəhər Dövlət X8nin cərimə meydançasına yerləşdirilsə də, həmin avtomobilin müayinə edilməsi və avtomobildə mühərrikin səs gücünün nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblərin pozulmaqla avadanlığın dəyişdirilməsi müəyyən edilməmişdir. Daha sonra X3 tərəfindən avtomobilin cərimə meydançasında saxlanılması ilə əlaqədar rüsum ödənilərək avtomobil cərimə meydançasından çıxarılmışdır. Məhkəmə hesab edir ki, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə baxılması zamanı iştirakının təmin edilməsi zəruridir. X2 inzibati xəta haqqında işə baxılarkən məlumat verilməməsi, inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılması onun müdafiə hüququnu pozmuşdur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsində nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavədə nəqliyyat vasitələrinin istismasrının qadağane dilməsinə səbəb olan nasazlıqların aradan qaıdırılması siyahısının Vİ. Mühərrik 1) İşlənmiş qazlarda zərərli maddələrin miqdarı və onların tüstülənməsi dövlət standartlarında müəyyən edilmiş kəmiyyətlərdən çox olduqda. 2) Yanacaq sisteminin hermetikliyi pozulduqda. 3) İşlənmiş qazları xaricetmə sistemi saz olmadıqda nasazlıq aradan qaldırılır. 4) Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nasazlıqlar aradan qaldırılmalıdır. Lakin Gəncə Şəhər Məhkəməsinin sorğusuna verilmiş 3-13-57-5/2-3668/2023 nömrəli məktubdan və işin faktiki hallarından görünür ki, X1 idarə etdiyi BMW 5281 markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumiyyətlə müayinə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Belə olan halda, məhkəmə hesab edir ki, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Baş X9 İdarəsinin Xüsusi X7 Xidməti tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP5737725 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1166/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1166/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver