Məhkəmə qərarları › İş №3(125)-1166/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1166/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1166/2025 23.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 5/1-1893 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 (yüz əlli) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli 5/1-1893 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 13 yanvar 2025-ci il tarixində saat 11:05 radələrində idarə etdiyi VAZ 21214 minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Əttarlat küçəsi ilə hərəkətdə olarkən Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinin polis əməkdaşları tərəfindən heç bir əsas olmadan saxlanıldı. Polis əməkdaşı adını sonradan bildiyi Müjdalı adlı şəxs ona yaxınlaşaraq bildirdi ki, təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlamışdır. O isə ona bildirdi ki, onun təhlükəsizlik kəməri bağlı olmuşdur. Bir az mübahisə etdikdən sonra ona məxsus avtomobilin yaylarına baxdılar. Avtomobilinin yaylarının yerində olduğunu bildikdən sonra, ekipaj üzvü olan İlkin adlı polis əməkdaşına bildirdi ki, avtomobilin gecə işıqlarını yandırsın. Avtomobilinin işıqlarını yandırdıqdan sonra bildirdi ki, avtomobilinin işıqları standarlara uyğun deyil, bu səbəbdən duracağa təmin edilməlidir. Onun fikirlərinə məhəl qoymadan avtomobili Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinin duracağına aparıldı. Gəncə şəhər Baş Polis İdarəsinin X12 Şöbəsinin həyətinə çatdıqda guya avtomobilinin gecə işıqlarına müdaxilə etdiyini bildirdilər. O, polis inspektoruna etirazını bildirərək qeyd etdi ki, onun avtomobilində qeyd edilən inzibati xəta ilə bağlı heç bir pozuntu mövcud deyil. Avtomobil duracağa yerləşdirildikdən sonra heç bir mütəxəssis dəvət olunmadan ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə cərimə tətbiq edilərək barəsində İXP ******* saylı protokol tərtib edilərək 150 manat məbləğində cərimə edildi və barəsində qarar qəbul edildi. Avtomobilində olan avadanlığın olub-olmamasını sübut etmək üçün mütəxəssis və hal şahidləri dəvət olunmasını dəfələrlə tələb etsə də onun haqlı tələblərinə məhəl qoyulmadı. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixində barəsində tərtib edilmiş protokol və qərardan Gəncə Şəhər Məhkəməsinə müraciət etdi. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-267/2025 saylı qərarı ilə şikayəti qismən təmin olunmuş və barəsində Gəncə şəhər X12 Şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X12 şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. Gəncə şəhər X12 Şöbəsi məhkəmə qərarına məhəl qoymadan heç bir yeni sübuta, dəlilə və fakta istinad etmədən və işə yenidən baxılması zamanı onun iştirakını təmin etmədən, xx.xx.2025-ci il tarixli, 5/1-1893 nömrəli qərar qəbul etmişdir. Bununla da faktiki olaraq hüquqi qüvvəyə minmiş yuxarıda göstərilən məhkəmə qərarının icra edilməsinin əvəzinə, ləğv edilmiş qərar bərpa edilmişdir. Halbuki, Gəncə Şəhər Məhkəməsinin çıxardığı qərara görə Gəncə şəhər DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarını ləğv etməli, barəsində olan bütün sərəncamları sistemdən silib, işə yenidən baxmalı idi. Ona görə də barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli. № 5/1-1893 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-1893 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-1893 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Niva markalı, **-FB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanca qəbul edilmiş və əlavə avadanlıq sökülmüşdür. X5 tərəfindən akt imza edilmiş və aktla razı olduğunu və surətini aldığını bildirmişdir. İş materiallarında olan Gəncə “Avtomotoservis və ticarət” müəssisəsində - Mühəndis Məsləhətçi işləyən, ixtisasca: - Mühəndis-Mexanik-Quliyev E.Q. oğlu tərəfindən hazırlanmış – Tövsiyyə xarakterli xx.xx.2025-ci il tarixli rəyin surətindən görünür ki, LADA 21214 minik markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobilin zavod konstruksiya-layihələndirmə quruluşuna müdaxilə olunmuşdur. Ön əsas işıqlandırıcı faraların zavod istehsalı olan lampaları dəyişdirilmişdir. Xüsusi qeyd: - ön faraların zavod istehsalı faraları dəyişdirilərək, standart və normalara uyğun olmayan, gücləndirici Led lampalar quraşdırılmışdır. Bu hal qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə törədici hesab olunur. Bu hal yolverilməzdir. Konstruksiya pozuntusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X5 xx.xx.2025-ci il tarixdə saat 11:30-da İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi) inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2025-ci il tarixli 5/1-1893 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, X5 aktda “əlavə avadanlığı sökdüm” barədə qeyd aparmış və onu öz imzası ilə təsdiq etmişdir. X2 bildirdi ki, Gəncə şəhər X12 Şöbəsi məhkəmə qərarına məhəl qoymadan heç bir yeni sübuta, dəlilə və fakta istinad etmədən və işə yenidən baxılması zamanı onun iştirakını təmin etmədən yenidən eyni qərarı qəbul etmişdir. Məhkəmə şikayəti əsassız hesab edərək qeyd edir ki, xx.xx.2025-ci il tarixli 5/1-1893 nömrəli inzibati tənbeh vermə haqqında qərardan və Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən məhkəməyə təqdim edilən digər sənədlərdən aydın şəkildə görünür ki, X5 idarə etdiyi “VAZ 21214” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə) inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla və Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən məhkəməyə təqdim edilən digər sənədlərlə tam təsdiq olunur. Həmçinin, məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Gəncə şəhər Baş Polis İdarəsinin X10 X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli 5/1-1893 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 5/1-1893 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar