Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1168/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik-83-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-2734/2022 nömrəli icra sənədi əsasında borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Salidə adlı uşağın yetkinlik yaşınadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1747/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 196.31 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Hal-hazırda borclu Şəxs 1000 manat aliment borcu və 186.31 manat bank borcu mövcuddur. İcra sənədlərini üzürsüz səbəbdən icra etmədiyinə görə borclu Quliyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcunu tam şəkildə ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra məmuru X1 və zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə icra məmurunun və zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 2(076)-2734/2022 nömrəli icra sənədi əsasında borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Salidə adlı uşağın yetkinlik yaşınadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin 2(076)-2734/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2022-ci il tarixdə imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli, xəbərdarlıqlardan görünür ki, Şəxs icra sənədini icra etmədiyi halda inzibati məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1747/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 196.31 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1747/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2020-ci il tarixdə imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2023-cü il tarixli sənədlərdən görünür ki, borclunun inzibati məsuliyyətə cəlb olunacağl ilə bağlı xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu aliment borcu olan 1000 manat pulu və 186.61 manat olan kredit borcunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki,bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs tərəfindən aliment borcu olan 1000 manat pul və 186.61 manat olan kredit borcu tam şəkildə ödənmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Quliyev X2 məsuliyyətdən azad edilməklə onun barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş Quliyev X2 məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1168/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1168/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver