Məhkəmə qərarları › İş №3(125)-1169/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1169/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1169/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, “Meqastore” marketinin rəhbəri vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin icraatına “Meqastore” marketinin rəhbəri vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, məhkəməyə daxil olmuş material geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində başlanılmış İXM-in 192.1-ci maddəsinə baxılması İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən məhkəmənin səlahiyyətinə aid deyildir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı: “Meqastore” marketinin rəhbəri vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş 12 iyun 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Prokurorluğuna geri qaytarılsın. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar