Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1169/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26353433 nömrəli qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26353433 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarı ilə İnzabati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Bildirir ki, o, Gəncə şəhəri, H.Əliyev prospektində təxmini saat 15:40 radələrində özünə məxsus “Hyundai Sonata" markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkəti davam etdirən zaman avtomobildə bir anlıq nasazlıq aşkarlanmış, əyləci basaraq avtomobili yolun kənarına doğru çəkmiş, 1-2 dəqiqə çəkməmiş avtomobilin nazaslığı aradan qalxdıqdan sonra yoluna davam etmişdir. O, qadağan olunmuş hissədə dayanmamağına baxmayaraq, İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş xx.xx.2025-ci il tarixli EQ 26353433 nömrəli qərar qəbul edilmişdir. Lakin o, bu qərarla razılaşmır, belə ki, barəsində qəbul edilmiş qərar qanunun tələbləri pozulmaqla qəbul edilmişdir. “Asanpay" elektron şəxsi kabinetdə sözügedən inzibati xətanının törədilib-törədilməməsini müəyyən etmək mümkün deyil, xətanın törədilməsi ilə bağlı videogörüntü əlavə edilməmişdir. Fotoşəkillərdən göründüyü kimi o, əyləci basaraq 1-2 dəqiqəlik dayanmış və daha sonra yoluna davam etmişdir. O, avtomobildən düşməmiş, avtomobili qadağan olunmuş hissədə qoyub heç bir yerə getməmişdir. Hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 26353433 saylı qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmiş, protokol müşahidə kamerasına baxılaraq tərtib edilmişdir. Həmin kameranın inzibati xəta hadisəsinin qeydə almaq və avtomatik inzibati xətanı aşkar edərək inteqrasiya elmək onun nəticəsində elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, bu kamera İXM-nin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Ona görə də elektron qərarda həmin kameranın göstəriciləri əks olunmamışdır. Ona görə də hesab edir ki, o, heç bir inzibati xəta törətməmiş və bu səbəbdən də ona tətbiq edilmiş cərimə cəzası silinməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayətini müdafiə edərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı qərar ləğv edilməli və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 26353433 nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, X2 həmin tarixdə “Hyundai Sonata" minik markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozmuş və nəticədə İXMin 346.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş və inzibati xəta hadisəsinin mövcudluğunu əks etdirən hər hansı bir sübut və ya videogörüntü məhkəməyə təqdim etməmişdir. Həmçinin qərara əlavə edilmiş fotoşəkildən “Hyundai Sonata" minik markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında dayanması aydın olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26353433 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ 26353433 nömrəli qərarla X1 İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, EQ 26353433 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26353433 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-1169/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1169/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver