Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-117/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu müdafiə edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 bildirdi ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən Şəxs 2 uşağın saxlanması üçün 100 manat aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Borclunun hazırda borcu 11109 manat təşkil edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, psixoloji xəstədir. Əvvəllər təqaüd aldığı üçün hər ay aliment onun təqaüdündən tutulmuş, lakin son iki ildə təqaüdü dayandırıldığı və işləmədiyi üçün alimenti ödəyə bilməmişdir. Sonda o, barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1431/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 11109 manat aliment pulu alınıb Zərərçəkmiş şəxs ödənilmədiyi üçün Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati protocol tərtib edilmişdir. - 22 avqust 2011-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X3 və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, 22 iyul 2011-ci il tarixdən başlayaraq, hər ay cavabdeh Şəxs sabit pul məbləğində bir uşağa 50 manat olmaqla, iki uşağa görə ümumilikdə 100 manat miqdarında aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icara məmuru X5 həmin Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1431/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2011-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - 11 iyun 2021-ci il tarixlki inzibati məsuliyyətə cəlb olunma haqqında xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 1431/2011 saylı, xx.xx.2011-ci il tarixli məhkəmə qərarına əsasən şəxsiyyət vəsiqəsini təqdim etməklə Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməyi tələb olunmuşdur. - Borclu Şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində veridiyi izahatdan görünür ki, o, hazırda xəstədir, müalicə alır. Təqaüdü 15-20 gün ərzində bərpa olacaq, təqaüdü bərpa olan kimi yığılmış aliment pulunu və hər ay alimentini ödəyəcəkdir. - xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər, Atatürk pr.261, 4 34 ünvanında yaşayan Şəxs məcburi qaydada Gəncə Şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmışdır. - Borclu Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində veridiyi izahatdan görünür ki, o, şizofreniya xəstəsi olduğu üçün işləmək qabiliyyəti yoxdur. Əvvəllər təqaüd aldığı üçün alimenti aldığı təqaüdlə ödəmiş, lakin 2 ildir ki, təqaüdü dayandığı üçün borcunu ödəyə bilmir. - Gəncə şəhəri Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs xx.xx.2010-cu il tarixdən hazır ki, tarixədək dispanserdə şizofreniya, paranoid forma, paranoid sindromu diqnozu ilə qeydiyyatda durur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, aylıq alimentin bir hissəsini azda olsa ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-117/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-117/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver