Məhkəmə qərarları › İş №3(125)-1170/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1170/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1170/2022 15.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu, X2 Azərbaycan Respublikası İXM-in 342.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək müəyyən etdi: X4 29 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan və TP ******* nömrəli qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X3 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsindən də göründüyü kimi fiziki şəxslər tərəfindən inzibati xəta haqqında işlər üzrə yalnız inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. X1 isə öz şikayətində 29 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsini, cəriməyə görə onun tərəfindən ödənilmiş 68 manat pulun ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi və bu tip şikayətə baxılması nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd edilən İXM-nin 126.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X4 İXM-nin 342.6-cı maddəsi ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixli protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə haqqında qərarın surətini hansı tarixdə rəsmi qaydada qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmiş və bununla bağlı təqdim etdiyi zərfin üzərində isə həmin qərarın ona Gəncə şəhər DYPŞ tərəfindən göndərilməsini əks etdirən hər hansı bir dəlilə rast gəlinmədiyindən həmin qərardan şikayət vermə müddətinin buraxıldığını bildirir. Məhkəmə şikayət ərizəsini tam və hərtərəfli araşdıraraq onu da qeyd etməyi zəruri hesab edir ki, şikayət verən şəxs şikayət ərizəsində xx.xx.2022-ci il tarixdə gecə saat 23:35 radələrində idarə etdiyi **-BD-*** nömrəli dövlət qeydiyyat nişanlı VAZ-21074 markalı avtomobil ilə hərəkət edərkən Kürdəmir rayon DYP tərəfindən saxlanıldığını və ona İXM-nin 342.6-cı maddəsi ilə tərtib edilmiş protokol əsasında cərimə tətbiq edildiyi barədə məlumatlandırıldığını qeyd etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, şikayət vermiş şəxs həmin qərardan qeyd olunan tarixdə məlumatlı olmasına baxmayaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş qərardan şikayət vermə müddətini buraxmışdır. Həmçinin iş materiallarından aydın şəkildə görünür ki, X4 İXM-nin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla ona təyin edilmiş inzibati cəriməni ödəməklə həmin qərarı icra etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 29 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və 29 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar