Məhkəmə qərarları › İş №3(125)-1171/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1171/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1171/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X2, Şikayət verən şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin xx.xx.2023cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin xx.xx.2023cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 şəhər DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. X5 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Belə ki, inizibati tənbehvermə haqqında qərarda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilsə də, o, həmin xətanı törətməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, bildirdi ki, onun maşınında normativ təkləbləri pozulmaqla avtomobilində quraşdırılmış və dəyişdirlmiş avadanlıq mövcüd deyil. Avtomobilin duracağa aparılması zamanı heç bir mütəxəssisi və hal şahidi dəvət olunmadan haqqında tərtib elədikləri xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasızdır. Məhkəmədən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmədə Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 izahat verərək bildirdi ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə ki, avadanlığın quraşdırıldığı zaman normativ tələblərin pozulub-pozulmamasını müəyyən etmək məqsədilə mütəxəssis cəlb edilmişdir. Həmin avadanlığın quraşdırılmasının normativ tələbləri pozması barədə Rəy alınaraq materiallara əlavə edilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, X3 izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X3 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskə iclas zalında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə quraşdırılmış avadanlığın videogörüntüsü mövcuddur. Videoda avadanlığın quraşdırıldığı hissə, onun iş prinsipi göstərilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" Gəncə Müəssisəsi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli Rəydən görünür ki, pnevmatik asqılar və ona məxsus kompressor kustar üsulla quraşdırılmış və normativ tələblər pozulmaqla həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Belə ki, mütəxəssis rəyi yuxarıdan göstərilən pnevmatik asqıların və ona məxsus kompressorun kustar üsulla quraşdırılmasını və normativ tələbləri pozmasını birbaşa təsbit etmişdir. Beləliklə, X3 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar