Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1175/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 149, ev 22-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 28.04. 2022-ci il tarixli, e-2(044)-652/2022 nömrəli icra sənədi əsasında borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 300 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Hal-hazırda borclu borclu Şəxs 1090 manat aliment borcu mövcuddur. Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə borclu Cəlilov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcunu tam şəkildə ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra məmurur X1 və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə icra məmurunun və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 28.04. 2022-ci il tarixli, e-2(044)-652/2022 nömrəli icra sənədindən görünür ki, borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 300 manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2022-ci il tarixdə imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli sənədlərdən görünür ki, borclunun inzobati məsuliyyətə cəlb olunacağl ilə bağlı xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, borclu aliment borcunu tam şəkildə ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi X4 tərəfindən verilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən ona aliment borcu olan 1100 manatı tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin Qeyd hissəsində göstərilmişdir ki,bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs tərəfindən aliment borcu olan 1090 manatı tam şəkildə ödənmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cəlilov X3 məsuliyyətdən azad edilməklə onun barəsində MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 109.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş Cəlilov X3 məsuliyyətdən azad edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1175/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1175/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver