Məhkəmə qərarları › İş №3(125)-1176/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1176/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1176/2024 08.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 12 mart 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhəri, Cavadxan küçəsində 12 mart 2024-cü il tarixdə saat 12:50-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişlərin vaxtında və tam yerinə yetirilməməsi nəticəsində Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X5 izahat verərək göstərdi ki, barəsində icraat aparılan şəxs Şəxs yazılı göstəriş təqdim olunmuşdur. Şəxs göstərişi almışdır. Ona xəbərdarlıq da verilmişdir. Lakin göstəriş icra olunmamışdır. Məhkəmədən barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. 25 aprel 2024-cü il tarixdəki məhkəmə iclasında iştirak etmiş barəsində icraat aparılan şəxs Şəxs bildirdi ki, ona reklam orqanının yazılı göstərişi göndərilməmişdir. Yazılı göstərişdən məlumatı yoxdur. Yazılı göstərişin qəbulu qəbzindəki imza onun deyildir. Xəbəri olan kimi göstərişi icra etmişdir. O, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin baş müfəttişi X4 oğlu tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, Şəxs Gəncə şəhəri Cavadxan küçəsi 12 mart 2024-cü il tarixdə saat 12:50-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmiş, o, nəticədə İXMin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 30 dekabr 2023-cü il tarixli, 1383 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında, açıq məkanda Şəxs tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası qanununun və digər qanunvericilik aktlarının tələbləri pozularaq reklam yayımlanmışdır. Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 23 fevral 2024-cü il tarixli, 432 nömrəli aktdan görünür ki, Şəxs Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən təqdim olunan 30 dekabr 2024-cü il tarixli 11-3-3/2-2017 nömrəli icra məmurunun yazılı göstərişini icra etməyərək Cavadxan ünvanında qanunvericiliyə zidd olaraq reklamları yayımlamaqda davam etmişdir Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 12 mart 2024-cü il tarixli, 627 nömrəli aktdan görünür ki, Gəncə şəhər Cavadxan küçəsində olan “ Telefon evi ” obyektinin sahibkarı Şəxs xx.xx.2024-cü il tarixli 11-3-3/2-189/2024 nömrəli məktubla xx.xx.2024-cü il tarixdə saat 10:00-da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X7 İdarəsinə dəvət olunsa da,müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir. “Foto” şəkildən görünür ki, Gəncə şəhər Cavadxan küçəsində yerləşən “Telefon evi” adlı obyektin üzərində reklam vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi formal əsasların mövcudluğuna baxmayaraq, məhkəmə hesab edir ki, o yazılı göstərişi rəsmi qaydada almamışdır, buna görə də göstərişi göstərilən vaxt ərzində icra edə bilməmişdir, lakin hazırda göstərişi icra etmiş və ona tənbeh tətbiq edilməsinə zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar