Məhkəmə qərarları › İş №3(125)-118/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-118/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-118/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inziabti icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu müdafiə etmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 325.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AYNA-nın Gəncə Regional İdarəsinin müdiri X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 325.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. MN ******* nömrəli, 06 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol göstərmişdir ki, Gəncə Avtovağzal ərazisində 06 yanvar 2023-cü il tarixdə aparılan yoxlama zamanı qanunvericiliklə avtovağzalın fəaliyyətinin müvafiq kateqoriyaya uyğun olaraq texnoloji prosesin pozulması aşkar edilmiş, bu əmələ görə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində AYNA-nın Gəncə Regional İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 325.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu müdafiə edən şəxs X5 bildirmişdir ki, “Avtovağzal və avtostansiya haqqında” əsasnaməyə görə avtovağzalların fəaliyyəti tənzimlənir. Əsasnamənin 10-cu maddəsinə əsasən dispetçerin işinin təşkili və nəzarəti göstərilməmişdir. Avtovağzal sürücülərin marşurut xəttinə, yol vərəqələrinə və s. nəzarət edirlər. AYNA tərəfindən hərəkət cədvəli verilir, dispetçerlər isə hərəkət cədvəllərinə riayət olunmasına nəzarət edirlər. Fərqlənmə nişanı olmayan nəqliyyat vasitələri avtovağzalın ərazisində, xəttə olduqları üçün hazırkı protokol tərtib edilmişdir. Avtovağzal fərqlənmə nişanları olmadan nəqliyyat vasitələrini xəttə buraxmışdır. Fərqlənmə nişanlarının olmasına dispetçer nəzərət etməli idi, avtovağzal dispetçer xidmətini tam təşkil etməmişdir. Avtovağzalda aparılan monitorinqdə fəaliyyət göstərən nəqliyyat vasitələrinə xəbərdarlıq olunmasına baxmayaraq fəaliyyətlərinə davam etmişlər. Sürücülərə nəzarət funksiyası avtovağzal tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs ifadəsində bildirmişdir ki, onlar sürücülərlə müqaviləni 1 illik bağlayırlar, sürücülərin hər biri fərdi sahibkardır və avtomobillər sürücülərin şəxsi avtomobilləridir, onların balansında özlərinə məxsus avtobus yoxdur, fərqlənmə nişanını sürücülər özləri alır. Fərqlənmə nişanlarının olub-olmamasını yoxlamaq avovağzalın səlahiyyətlərinə aid deyil, bunu AYNA-nın əməkdaşları yoxlayırlar. Fərqlanmə nişanlarını yoxlamaq dispetçerin vəzifə səlahiyyəti deyildir. Buna görə də sürücülər də fərqlənmə nişanının olmadığını o, bilə bilməzdi. AYNA-nın Gəncə Regional İdarəsinin əməkdaşları avtovağzalda yoxlama apararaq bəzi sürücülərin fərqlənmə nişanı olmadığını ona bildirdikdən sonra o, həmin avtobusları xətdə buraxmamışdır. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Yerüstü Nəqliyyat X7 idarəsinin kiçik inspektoru X11 və mütəxəssisi X14, kiçik inspektor X5, ispektor X11 və kiçik inspektoru X8 tərəfindən 06.1.2023-cü il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, Gəncə şəhəri Gəncə avtovağzalı ərazisində saat 07:00-dan 11:00-dək aparılan yoxlama zamanı Gəncə avtovağzalının rəhbərliyi avtovağzal qanunvericiliyinin tələblərini pozaraq “Fərqlnmə nişanı” olmadan fəaliyyət göstərməsinə şərait yaradaraq sürücülərlə bağlanmış müqaviləyə xitam verilməmiş və xətdən kənarlaşdırılması ilə bağlı tədbir görülməmişdir. Həmçinin avtovağzalın (avtostansiyanın) fəaliyyətinin kənarlaşdırılması ilə bağlı tədbir görülməmiş, həmçinin avtovağzalın fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulması aşkar edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat X7 idarəsinin mütəxəssisi X4, kiçik inspektoru X16, kiçik inspektoru X1 və kiçik inspektoru X12 tərəfindən 06.1.2023-cü il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, Gəncə şəhəri Gəncə avtovağzalı ərazisində saat 11:00-dan 15:00-dək aparılan yoxlama zamanı Gəncə avtovağzalının rəhbərliyi avtovağzal ərazisindən Gəncə-Qazax marşrut xəttində fəaliyyət göstərən daşıyıcıların qeyri qanuni şəkildə qanunvericiliyin tələblərini pozaraq “Fərqlnmə nişanı” olmadan fəaliyyət göstərməsinə şərait yaradaraq sürücülərlə bağlanmış müqaviləyə xitam verilməmiş və xətdən kənarlaşdırılması ilə bağlı tədbir görülməmişdir həmçinin, Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin kənarlaşdırılması ilə bağlı tədbir görülməmiş, həmçinin Avtovağzalın fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulması aşkar edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin müdiri Müzadil Həsənov 27 dekabr 2022-ci il tarixli, 15-230 nömrəli məktubunda göstərilir ki, Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsi tərəfindən 15 dekabr 2022ci il tarixindən Gəncə Avtovağzalında mütəmadi reydlər kemirilmiş, keçirilən reydlər zamanı çox sayda qeyri-qanuni sərnişindaşıma fəaliyyəti gösterən sürücülər aşkarlanmışdır. Həmin sürücülərə xəbərdarlıq olunmasına və İnzibati Xətalar Məcəlləsinin müəyyən olunmuş maddələri ilə İnzibati qaydada protokol tərtib edilməsinə baxmayaraq, Gəncə-Qazax marşrut xəttində qeyd edilən nöqsanlarla bərabər sürücülər fəaliyyətə davam etmişlər. Bundan əlavə Gəncə-Qazax marşrut xəttində sərnişin axının çox olması ilə əlaqədar avtobuslararası vaxt intervalının 8 və ya 10 dəqiqə olmasının əsaslandırmış və Gəncə regional idarəsinə yazılı qrafik təqdim etmiş,lakin reydlər zamanı avtovağzalın dispetçerlərinin sürücüləri müxtəlif vaxtlarda, yəni 5-12-15 və s. yola çıxma vaxtlarını müəyyənləşdirdiyi məlum olmuşdur. Bununla bağlı daşıyıcılardan müxtəlif vaxtlarda şikayətlər daxıl olmuşdur. Göstərilən qanun pozuntuları ilə əlaqədar dəfələrlə şifahi qaydada məlumat verilmiş, lakin həmin nöqsanların aradan qaldırılması ilə bağh hər nansı qanunamüvafiq qaydada tədbir görülməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı* və “Xüsusi fərqlənmə nişan!'’nın tətbiq edilməsi Qaydalar” nın 1.3 maddəsinə əsasən “Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödeyicilərinə “Fərqlənmə nişanı" və “Xüsusi-fərqlənmə nişanı" Azərbayca Respublikasının Rəqəmsai İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil neqityyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı üçün öz istəklərinə uyğun olaraq növbəti ay, rüb. yarım il və il üçün ciddi hesabat blankı olan Fərqlənmə nişanı almalıdır. Qeyd edilənləri nəzərə alaraq 5 yanvar 2022-ci il tarixinədək “Fərqlənmə nişanı” olmadan qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən sürücülər Fərqlənmə nişanı almadıqları halda həmin sürücülərlə bağlanmış müqavilələr birtərəfli xitam verməli və xətdən kənarlaşdırılması ilə bağlı tədbir görülməlidir.Göstərilən nöqsanlar aradan qaldırılmadığı hallarda Fərqlənmə nişanı olmadan avtonəqliyyat vasitələrinin xəttə buraxılması halı aşkarlanarsa İXM-in 325.2 maddəsi ilə Avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoryaya uyğun olaraq texnoloji prosesin pozulmasına görə 500 manat məbləğində cərimə tərtib olunacağı barədə xəbər edilmişlər. Azərbaycan Respublikasının Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Avtovağzalın avtostansiyanın pasportundan görünür ki, X3 yerləşdiyi yerin ünvanı Gəncə şəhəri, Gəncə-Şəmkir avtomobil yolunun sol tərəfi, İİ kateqoryalı avtovağzal şəhərlərarası (rayonlararası) beynəlxalq sürücülərin istirahəti üçün otaq 4 yerlik, ana və uşaq otağı 20.3 m2, sərnişinlər üçün gözləmə zalı 981,8 m2, sərnişinlərin minməsi və düşməsi üçün perronların və platformaların sayı 2 perron, tibbi yardım məntəqəsi 23 m2, avtovağzalin iş rejimi 06:00-dan 22:00-dək. Məhkəmə inzibati xəta haqqında protokolu müdafiə edən şəxsi dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 325.2-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Avtovağzal və avtostansiya haqqında” Əsasnamənin 5.19-cu bəndinə əsasən avtovağzalın (avtostansiyanın) işinin texnoloji prosesi aşağıdakılardan ibarətdir: 5.19.1. hərəkətin təşkil edilməsi və sərnişinlərə mədəni-məişət xidmətlərinin göstərilməsi; 5.19.2. informasiya xidmətinin təşkil edilməsi; 5.19.3. bilet satışının təşkil edilməsi; 5.19.4. sərnişinlərə məxsus baqajın və əl yüklərinin saxlanmasının təşkil edilməsi; 5.19.5. dispetçer xidmətinin təşkil edilməsi; 5.19.6. avtovağzalın (avtostansiyanın) saxlanılması. Həmçinin, həmin Əsasnamənin 5.20-ci bəndinə əsasən avtovağzalın (avtostansiyanın) texnoloji iş prosesi qaydasına aşağıdakılar əlavə olunur: 5.20.1. hər bir platforma üzrə avtobusların gəlmə və yola düşmə cədvəli; 5.20.2. marşrutların siyahısı, il ərzində avtobusların hərəkətinin dispetçer cədvəli; 5.20.3. avtobusların gəlməsi və yola düşməsi barədə görünən yerdə asılmış hərəkət cədvəli. Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən avtovağzalın (avtostansiyanın) dispetçer xidmətinin əsas vəzifələri aşağıdakılardır: 10.1.1. avtobusların hərəkət cədvəlinə riayət olunmasına nəzarət edilməsi; 10.1.2. avtobusların avtovağzala (avtostansiyaya) gəlməsi, sərnişinlərin avtobusa minməyə başlanması vaxtı və avtobusların yola düşməsi, reysdən gecikməsi və ya marşrutlar üzrə əlavə reyslərin açılması, avtobusların növünün dəyişdirilməsi barədə sərnişinlərin məlumatlandırılması; 10.1.3. digər avtovağzalların (avtostansiyaların) və sürücülərin hərəkət, yol və meteoroloji şərait haqqında, habelə avtobuslarda boşalmalı və boş oturacaq yerlərinin olması barədə məlumatlandırılması; 10.1.4. yol sənədlərinin rəsmiləşdirilməsi, ştamp-saat vasitəsilə sürücülərin yol vərəqələrində hərəkət cədvəlinin faktiki icrası ilə əlaqədar qeydlərin edilməsi və dispetçer jurnalının aparılması; 10.1.5. avtobusların cədvəldə göstərilmiş vaxtdan kənara çıxdığı hallarda onların hərəkətinin müntəzəmliliyinin təmin edilməsinə dair operativ tədbirlərin görülməsi. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi əsas kimi qeyd edilən Əsasnaməyə istinad edərək Şəxs tərəfindən avtovağzalda texnoloji prosesin pozulduğunu, dispetçer fəaliyyətinin düzgün təşkil edilmədiyini, yəni fərqlənmə nişanları olmadan avtobusların xətdə buraxıldığını göstərmişdir. Yuxarıda qeyd edilən Əsasnamənin 5.19-cu bəndində avtovağzalın texnoloji prosesinin nələrdən ibarət olması, həmçinin 10.1-ci bəndində dispetçerin vəzifələri göstərilmişdir. Lakin həmin Əsasnamədə Fərqlənmə nişanına nəzarət edilməsi avtovağzalın dispetçerinin vəzifəsi kimi nəzərdə tutulmamışdır. Belə olan halda isə Şəxs tərəfindən avtovağzalda texnoloji proses pozulmamışdır. Azərbaycan Respublikasının İXM-in 325.2-ci maddəsinə əsasən avtovağzalın (avtostansiyanın) fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulması inzibati məsuliyyətə cəlb etmək üçün əsas yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 325.2ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 325.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 325.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar