Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1185/2022 23.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X8 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 16:20 radələrində ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “Audi A4” minik markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Cavadxan küçəsi ilə hərəkədə olub Aeroport istiqamətində gedərkən Eminbəyli küçəsinin kəsişməsində olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini pozaraq, yəni “Dayanmadan keçmək qadağandadır” yol nişanının tələblərinə riayət edərək yolayrıcını keçmə qaydalarına düzgün yerinə yetirib hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirib baş yola daxil olmuş, bu zaman baş yolla hərəkət edən sürücü X2 ayıq vəziyyətdə və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi “KİA Ceed” minik markalı ** FR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilin sürücüsü Musa Həsənovun sol təpə-gicgah nahiyəsinin və döş qəfəsinin sol ön yan səthinin yumşaq toxumalarının əzilməsi, hematoması xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almasına, həmin avtomobildə olmuş sərnişinlər X4 alın nahiyəsinin əzilmiş yarası, sol göz nahiyəsinin hematoması xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almasına və X1 diz oynağının əzilməsi, hematoması xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Protokol tərtib etmiş Gəncə şəhəri DYPŞ-nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də iclasda iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, tərtib edilmiş protokolla razıdır. İlkin araşdırma zamanı veridiyi izahatı təsdiq edir. Barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 10 noyabr 2022-ci il tarixli 2000 nömrəli rəyində göstərilmişdir ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sol təpə-gicgah nahiyəsinin və döş qəfəsinin sol ön yan səthinin yumşaq toxumalarının əzilməsi, hematoması — bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 10 noyabr 2022-ci il tarixli 1999 nömrəli rəyində göstərilmişdir ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — alın nahiyəsinin əzilmiş yarası, sol göz nahiyəsinin hematoması - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş 10 noyabr 2022-ci İl tarixli 1998 nömrəli rəyində göstərilmişdir ki, X3 bədənİ üzərində müəyyən edilmiş xəsarətlər - sağ diz oynağının əzilməsi, hematoması -bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gelmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-cl İl tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2022-ci il tarixli akta göstərilmişdir ki, sürücü X5 hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2022-ci il tarixli akta göstərilmişdir ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində icraat aparılan şəxsin səmimi etirafı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir və iş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılsın. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1185/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1185/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver