Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1186/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X5, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ağdam, Sarcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam, Sarıcalı Ərazi Dairəsi, Sarıcalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 16 iyun 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin e-2(075)-1296/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 04 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi və alimentin tutulmasının əvvəlin 18 may 2022-ci il tarixdən hesablanması qət edilmişdir. İnzibati xəta haqqında protokola əsasən ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunun ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7 bildirdi ki, 08 avqust 2022-ci il tarixli qərarla icraatına başlanılmış Şəki Rayon Məhkəməsinin e-2(075)-1296/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 18 may 2022-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, yığılmış aliment borunu ödəməkdən yayınır və borcu 2023-cü ilin iyun ayı daxil olmaqla cəmi 1370 (bir min üç yüz yetmiş) manat təşkil edir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində qanuna uyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hal-hazırda tələbkar Zərərçəkmiş şəxs olan aliment borcundan 500 manat ödəniş etmişdir. Tələbkara olan qalıq 870 manat aliment borcunu yaxın 2 həftə ərzində tam şəkildə ödəyəcəkdir. Aliment borcunun yığılmasına səbəb maddi imkanının aşağı düşməsi ilə bağlı olmuşdur. İcra məmurunun həmişə qanuni tələbini yerinə yetirməyə hazırdır. Odur ki, məhkəmədən onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X4 izahatında bildirdi ki, borclu Şəxs Zərərçəkmiş şəxs olan borcundan 20 iyun 2023-cü il tarixdə 500 manat ödəniş etmişdir. Aliment borcunun tam şəkildə ödənilməsini istəyir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində qanuna uyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Rayon Məhkəməsinin e-2(075)-1296/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 04 may 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi və alimentin tutulmasının əvvəlin 18 may 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şəxs imza edərək qeyd edilən sənədi qəbul etmişdir. İcra vərəqəsi üzrə icra məmuru icraata başlamış və borclunun izahatı alınmışdır. Şəxs ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, borcluya xəbərdarlıq göndərilməsinə baxmayaraq, icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. “X2”nin SMS bildirişin göndərilməsi barədə çıxarışlardan görünür ki, Şəxs icra məmuru tərəfindən ona, icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Elektron baza məlumatlarından görünür ki, Şəxs mağazada satıcı vəzifəsində işləməklə 350 manat əmək haqqı alır. 20 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs hesabına 500 manat ödəniş edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, inzibat xəta haqqında və icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, məhkəmə iclasında borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan borcundan 500 manat ödəniş etməsi barədə qəbz təqdim etmiş və tələbkara olan borcunu 2 həftə ərzində ödəcəyini bildirmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-1186/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1186/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver