Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1186/2024 17.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X1, səlahiyyətli orqanın nümayəndəsi X4 iştirakı ilə, X8 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Föqaladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarət Xidməti Gəncə X15 Nəzarəti İdarəsinin rəisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın və 150 manat inzibati cərimənin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, 04 mart 2024-cü il tarixdə MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ilə Gəncə Regional DYMİ-nin rəisi Natiq Piriyev onun iştirakı olmadan onu əssassız və qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 518.1 -ci maddəsi ilə 150 manat cərimə etmişdir. Həmin qərarı surətini isə qanunvericiliyin tələbinə əsasən vəzifəli şəxs ona 2 gün müddətində verilməl olduğu halda qərardan şikayət vermə müddəti keçsin deyə qərarı bir neçə gün özlərində saxlayaraq yalnız 18 mart 2024-cü il tarixdə səhər saatlarında işlədiyi obyektin olduğu əraziyə nəzarət edən yanğından mühafizə idarəsinin əməkdaşı Daşqın adlı həmçinin həmin vaxt onunla birlikdə oraya gəlmiş iş yoldaşı X6 (Hansıki 19 fevral 2024-cü il tarixdə işlədiyi obyektə gəlib MN-1234555 nömrəli inzibati xəta haqqında protokol yazmışdır) gələrək Abbasxan adlı işçi bayırda gözləməklə Daşqın gətirib ona hər hansı sənədə imza etdirmədən verib bildirmişdir ki, “Sənə 150 manat cərimə yazmışıq aparıb ödəyib qəbzin surətinin şəkilini isə telefonla çəkib ona atarsan” deyərək çıxıb getmişdir (Onların həmin gün gətirib ona qeyd olunan inzibati qərarın surətini verməsini yaxınlıqda olan təhlükəsiz şəhər kamerası ilə yanaşı ərazidə fəaliyyət göstərən bir neçə mağazanın kamerasında qeydə almışdır). O, həmin qərarı oxuyub tanış olarkən məlum olmuşdur ki, inzibati qərar onun barəsində qanunsuz yazılmışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər sakini X5 3 illik icarə əsasında ona məxsus ünvan 1 ünvanını icarəyə götürüb işlədir və onunla icarə verən yəni, Saməddin Vəlili arasında bağlanmış icarə müqaviləsinin 2.1.1-ci bəndinin tələbinə görə icarəyə götürülmüş əmlakın istifadəyə yararlı vəziyyətdə təhvil verilməsi icarə verənin öhtəsinə düşür. O, cümlədən müqavilənin şərtinə görə həmin obyektdə yanğın siqnalizasiyası sisteminin quraşdırılması öhtəliyi də onun yox icarə verənin üzərinə düşür və əgər inzibati xəta törədilmişdirsə də o, yox obyekt sahibi tərəfindən törədilmişdir. Ərizəsində qeyd etdiklərinin təsdiqi kimi müvafiq sənədlərin surətlərini də ərizəsinə əlavə etmişdir. Odur ki, barəsində tərtib olunmuş həmin qanunsuz inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MNN° ******* nömrəli qərarın ləğv edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X7 məhkəmə iclasında bildirmişdir ki, Gəncə X15 Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında olan obyetktdə yoxlama aparılmış, yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozuntuları aşkar edilmişdir. Sonda o, X10 barəsində qanuni protokol tərtib edildiyi üçün onun şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Gəncə şəhər, Ş.İ.Xətai prospekti 57/11 ünvanında yerləşən “Şah Manqal” dönərxanada xx.xx.2024-cü il tarixdə yanğın-texniki müayinə keçirilən zamanı YTQN 01-1001, bənd 9.3, YTQN03 2002,bənd 3.19.16 pozuntular aşkar edilmişdir. X3 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Gəncə şəhər, Ş.İ.Xətai prospekti 57/11 ünvanında yerləşən “Şah Manqal” dönərxanada xx.xx.2024-cü il tarixdə yanğın-texniki müayinə keçirilən zamanı YTQN 01-1001, bənd 9.3, YTQN03 2002,bənd 3.19.16 pozuntular aşkar edilmişdir. İş materiallarında olan xx/xx-2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 3 ünvanını sahəsi 289 kv dönərxanaya ayı 100 manat icarə haqqı ödəmək şərti ilə xx/xx- 2022-ci il tarixdən xx/xx-2025-ci il tarixədək X18 Nağıyevə icarəyə vermişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Belə ki, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmadırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X17nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Аzərbаycаn Respublikası İXM-in 518.1-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi” Qaydalarının 4.6-cı bəndinə əsasən otaqları icarəyə götürdükdə, həmin binanın təyinatı üçün yanğına qarşı tələblər icarədarlar tərəfindən yerinə yetirilməlidir. Göründüyü kimi X10 barəsində törətdiyi xətaya görə qanuni şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X10 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-1186/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1186/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver