Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1188/2022 29.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Əlsətun qızının katibliyi ilə, X2 05 iyul 2022-ci il tarixli, EQ 10489231 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş AR X6 Baş Dövlət Yol Polis İdarəsinin 05 iyul 2022-ci il tarixli, EQ10489231 nömrəli inzibati tənbehə dair qərarın ləğv edilməsinə və barəsində olan inzibati tənbehə dair icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayət ərizəsində bildirmişdir ki, AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində Yol hərəkəti haqqında AR Qanunun tələblərinin onun tərəfindən pozulduğunu göstərərək AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş, o, həmin qərarı əsassız hesab edir. Belə ki, inzibati orqan qərarında göstərmişdir ki, onun tərəfindən əks yolun hərəkət zolağına keçməklə ötmə qaydaları pozulmuş, qeyd olunan qərarda olan fotoşəkildən də görünür ki, qarşıda gedən avtomobil yük avtomobili olmaqla onun müəyyən edilmiş sürət həddi ilə hərəkətinə maneəçilik törətdiyindən onun qoyulmuş sürət həddi ilə hərəkətinə imkan vermədiyindən tərəfindən sürət həddinə münasibətdə bir tərəfli yolda hərəkət etmək hüququdur. Həmçinin qeyd olunan qərar ona vaxtında təqdim edilmədiyindən və rəsmi göndərilmədiyindən həmin qərar üzrə cərimə yüksəlmiş və qərardan şikayət hüququ məhdudlaşdırılmışdır. Bu baxımdan hesab edir ki, inzibati tənbehə dair qərar ləğv edilməli və yenidən araşdırma aparılmaqla qeyd etdiyi dəlillərlə bağlı şahidlərin dindirilməsi də təmin edilməlidir. İş üzrə inzibati qərarı qəbul etmiş AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsi və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə prosesində iştirak etməmişlər. Azərbaycan Respublikası İXM-nin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 05 iyul 2022-ci il tarixli, EQ 10489231 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 60 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X7 şikayətdə göstərdiyi halı, yəni əks hərəkət zolağına çıxaraq nəqliyyat axınının əksinə avtomobil ilə hərəkət etməməsini və ötmə qaydasını pozmamasını sübut edə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati tənbeh vermə haqqında qərardakı foto görüntüdən aydın görünür ki, 05 iyul 2022-ci il tarixdə Cavanşir Osmanov idarə etdiyi VAZ 21074 markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə nizamlanan yolayrıcında əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq hərəkət etmişdir. Göründüyü kimi Cavanşir Osmanovun törətdiyi xətaya görə qanuni şəkildə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin V bəndinin 1-ci yarımbəndinə əsasən nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə ötmə qadağandır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan 05 iyul 2022-ci il tarixli, EQ 10489231 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X3 barəsində 05 iyul 2022-ci il tarixli, EQ 10489231 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-1188/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1188/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver