Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1188/2023 16.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi barədə xx.xx.2023cü il tarixli, MN ******* nömrəli və 16 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokollar tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 16 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs ünvan 1 ünvanında yaşayan X4 məxsus ümumi dəyəri 90 manat olan su mühərrikini gizli yolla oğurlamışdır. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri, N.Nərimanov prospekti, bina 22, mənzil 41-də yaşayan X1 məxsus 1 ədəd 80 manat dəyəri olan əl arabasını gizli yolla oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 məhkəməyə yazılı ərizə təqdim edərək Şəxs barəsində tərtib etdiyi AR İXM-nin 227-ci maddəsi ilə protokolu və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib edən şəxsi dinləyib inzibati xəta haqqında iş materialları nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında protokol tərtib edən şəxsin xahişi nəzərə alınmalı və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında 16 iyun 2023-cü il tarixli, MN ******* nömrəli və 16 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokollar ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında 16 iyun 2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokollar ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-1188/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1188/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver