Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1188/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə təxminən 12:22 radələrində etibarnamə əsasında qardaşı Elşad Musayevə məxsus idarə etdiyi **-NJ-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 minik maraklı avtomobil Gəncə şəhər DYP əməkdaşları tərəfindən saxlanılaraq, avtomobildə konstruktiv dəyşikliyin olmasını əsas gətirərək, avatomobilini cərimə meydançasına apardılar. Elə həmin gün ona məlum olmayan Gəncə “Avtomotoservis və ticarət” müəssisəsinin mühəndis-məsləhçisi ixtisasca mühəndis mexanik Quliyev E.Q oğlu tərəfindən nömrəsiz yəni qeydə alınmamış xx.xx.2024-cü il tarixli Tövsiyyə xarakterli rəy əsasında guya avatomobildə arxa yaylara müdaxilənin olmasını əsas gətirərək, barəsində İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulmuş tənbehi təbdiq edərək, xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Bundan sonra bir çox orqanlara şikayətdən sonra yaşadığı ünvana AR İXM- nin 342.2.3-cü maddəsi ilə inzibati tənbeh edilməsi haqqında xx.xx.2024-cü il tarixli TP6356264 saylı inzibati xəta haqqında qərar göndərilmişdir. Hal-hazırda qəbul olunmuş qərarla razı deyil. Belə ki, idarə etdiyi avtomobil 2005-ci buraxlış ilinə aid VAZ 21074 MİNİK markalı avtomobildir və həmin bu avtomobilin artıq zavod istehsalı dayandırılaraq təqribən 2012-ci ilin dekabr ayından ölkəyə idxalı dayandırılmışdır. Bundan başqa qeyd olunan avtomobilin buraxılış ilindən 19 il ötməsini nəzərə alsaq həmin avtomobilin ehtiyat hissələrinin amortizasiya nəticəsində öz funksiyasını və vizual gömüşünü itirməsi çox normal haldır. Həmçinin qeyd olunan mübahisə avtomobilin arxa asqıları (purjin) ilə bağlı olduğundan həmin detalların qanunda istifadə norması və müddəti ilə bağlı heç bir hal müəyyən olunmamışdır. Həmçinin qeyd olunan avtomobil dəfələrlə texniki baxışdan keçmiş və texniki baxış zamanı hazırki mübahisə ilə bağlı heç bir irad olmamış və avtomobilin texniki baxışı verilmişdir. Qeyd olunanların nəzərə alınaraq xx.xx.2024-cü il tarixli, TP6356264 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə “Avtomotoservis və ticarət” müəssisəsinin xx.xx.2024-cü il tarixli rəyində qeyd göstərilmişdir ki, avatomobildə arxa yaylara müdaxilə olunmuşdur. Belə ki, Gəncə şəhər X6 şöbəsinin yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024 tarixli ******* nömrəli protokolun surətindən görünür ki, X2 xx.xx.2024-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 342.2.3-cü maddəsi ilə inzabati məsuliyyətə cəlb edilmişdir. Gəncə şəhər X6 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 150 manat cərimə edilmişdir. Videogörünütdən görünür avtomobilin üzərindən çıxarılmış yayla yeni yay arasında gözlə görünə biləcək hər hansı bir fərq mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan rəy tövsiyyə xarakterli olmaqla, rəyi verən şəxsin hər hansı bir məsuliyyətini nəzərdə tutmamışdır. Barəsində inzibati icraat aparılan şəxs isə həmin rəyi mübahisələndirdiyindən iş üzrə ekpertiza təyin edilməli və həmin yaylara həqiqətən də müdaxilə olub-olmaması müəyyən edilməlidi idi. Lakin Gəncə DYPŞ tövsiyyə xaraktterli rəyə əsaslanmış və əmələ hüquqi qiymət vermişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 115.1.4-cü maddəsinin tələbinə görə isə işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarın məzmununda dəqiq göstərilməlidir. Mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın məzmunundan görünür ki, X2 tərəfindən İXM-nin 342.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan məhz hansı əməlin törədilməsi dəqiqliklə göstərilməmiş, qərarın məzmununa İXM-nin 342.2.3-cü maddəsinin dispozisiyası bütövlükdə köçürülmüş, bununla da Rəşad Musayev tərəfindən həmin maddənin məzmununda göstərilən hansı əməlin törədilməsini müəyyən etmək mümkün olmur. Halbuki, İXM-nin 342.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan əməllərin (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanması, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi) hər biri müstəqil əməl olmaqla, həmin əməllərdən birinin və ya bir neçəsinin törədilməsi inzibati məsuliyyətə səbəb olur. Bundan başqa, X2 həm inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətində, həm də məhkəmə iclasında verdiyi izahatında onun avtomobilin arxa yaylara müdaxilə olunduğu səbəb gətirilərək inzibati məsuliyyətə cəlb olunduğunu bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP6356264 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər X6 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1188/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1188/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver