Məhkəmə qərarları › İş №3(125)-1189/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1189/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1189/2022 15.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlu, X2 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətini nəzərdən keçirərək, müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2022-ci il tarixli EQ 11559747 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2022-ci il tarixli EQ 11559747 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi ona istinad olunaraq 60 manat cərimə edilmişdir. Qərar ona vaxtında tədim edilmədiyindən və rəsmi göndərilmədiyindən cərimənin üzərinə faiz məbləği gəlmiş, qərardan şikayət hüququ məhdudlaşmışdır. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarını və şikayəti tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət üzrə materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnziabti Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Şəxs öz yazılı şikayətində inzibati tənbehvermə haqqında Qərar barədə gec məlumatlandığını bildirsə də, materiallara inzibati tənbehvermə haqqında Qərarın ona nə vaxt verilməsini təsdiq edən sənədin surətini əlavə etməmişdir. Azərbaycan Respublikasının İnziabti Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X2 xx.xx.2022-ci il tarixli EQ 11559747 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar