Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-119/2022 15.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Nizami rayonu, Üçbulaq ərazisi, Məhəllə-V Sahə 13-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, A.Əsgəri küçəsində ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, eyni zamanda ictimai qaydanı pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, A.Əsgəri küçəsində ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və həmin vaxt ictimai qaydanı pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, protokolda qeyd edilənlərin heç biri həqəqətə uyğun deyil. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində maşında oturan zaman, iki nəfər şəxsin maşına yaxınlaşıb, maşının içərisinə boylandıqlarını görüb, onlara öz iradını bildirmişdir. Həmin şəxslər özlərinin polis əməkdaşları olduqlarını bildirdilər və maşının qapısını açmaq istədilər. O, dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək, həmin şəxslərin hərəkətləri barədə məlumat vermişdir. Sonra polis əməkdaşları onu tutub polis idarəsinə aparmışlar. O, həmin vaxt heç bir səs-küyə səbəb olmamış, ictimai qaydanı pozmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanuni tələb irəli sürülməmişdir. Həmin iki nəfər polis əməkdaşı digər əməkdaşları çağırdıqdan sonra o, avtomobilində düşmüş, sənədlərini polis əməkdaşlarına təqdim etmiş və sonra heç bir müqavimət göstərmədən polis idarəsinə getmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, A.Əsgəri küçəsində xidmətdə olan zaman, küçədə dayanmış maşının şüşəsinin açıq olduğunu görmüşlər. Maşının içərisi qaranlıq olduğu üçün maşına yaxınlaşıb, içərisinə işıq tutmuşlar. Maşının arxa tərəfində bir nəfər var idi. Həmin şəxs onlara hansı haqqla onun maşınına yaxınlaşdıqlarını bildirdi. Onlar özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini və maşından düşməsini tələb etmişlər. Həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq, DİN-nin 102 zəng xidmətinə zəng etmişdir. Sonra əməliyyat qrupu gəldikdən sonra, həmin şəxs maşından düşmüş və sənədlərini təqdim etmişdir. Şəxs həmin vaxt səs-küy salmamış, ictimai qaydanı pozmamışdır. Həmin şəxs onlar barəsində DİN 102 xidmətinə zəng etdiyinə görə onun avtomobildən düşməsini və nəyə görə bu cür davranmasını danışmaq istəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Firuddin Feyruz oğlu ilə eyni məzmunda izahat verdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs Gəncə şəhəri, A.Əsgəri küçəsində ictimai qaydanı pozaraq, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş (videogörüntü, və s.), şahid izahatlarında da bu fakt təsdiq edilməmiş və məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, həm barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatından, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin izahatlarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 22:52 radələrində Şəxs ictimai qaydanı pozmamış, hər hansı səsküyə səbəb olmamışdır. Belə olan vəziyyətdə onun tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin normadan göründüyü kimi, ictimai qaydanın mühafizəsi vəzifəsini icra edən polisin istənilən tələbinə deyil, yalnız qanuni tələbinə tabe olmama inzibati məsuliyyətə səbəb olur. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Gəncə şəhəri, A.Əsgəri küçəsində dayanmış vəziyyətdə olan avtomobilin içərisində olan zaman polis əməkdaşları ona yaxınlaşmış və heç bir əsaslı səbəb göstərmədən ondan avtomobilin qapısını açmasını və yerə düşməsini tələb etmişlər. Bu zaman Şəxs əsəbiləşərək polis əməkdaşlarının hərəkətlərindən DİN 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bundan sonra həmin yerə əməliyyat qrupu gəldikdən sonra Şəxs avtomobilin qapısını açmış, sənədlərini əməliyyat qrupunun üzvlərinə təqdim etmiş və onların dəvəti ilə heç bir etiraz etmədən polis şöbəsnə getmişdir. Belə olan halda məhkəmə hesab edir ki, polis əməkdaşlarının heç bir səbəb olmadan, cinayət törətməyə dair heç bir əsaslı şübhə olmadan Şəxs qarşı avtomobildən düşməsi barədə tələbləri qanuni tələb olmamışdır. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(125)-119/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-119/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver