Məhkəmə qərarları › İş №3(125)-119/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-119/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-119/2025 10.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 4-ci Polis Bölməsinin sahə rəisi X3, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Süleyman Ələsgərov küçəsi, ev 8də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Şöbəsində tərtib olunmuş 08 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 10 yanvar 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Bakı fəhləsi küçəsində azyaşlı uşaq X6 döymüşdür. Bununla da o, İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Bakı fəhləsi küçəsində azyaşlı uşaq X6 döymüşdür. O bunun ilk hadisəsi deyil. Əvvəl də eyni məzmunlu inzibati xətası olmuş lakin barışıq olduğuna görə xitam verilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü bilməyərək bildirmişdir ki, X6 vurmamış, heç bir xəsarət yetirməmişdir. X4 ilə mübahisə etmiş bu zaman onun oğlu X7 qışqırmışdır. Sonra isə əli onun üzünü sığallamışdır. Həmin vaxt sərxoş olmuşdur. Barəsində başlanmış inzibati icraata haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 izahatında bildirdi ki, Şəxs dostu ilə birlikdə içkili vəziyyətdə onun kirayədə yaşadığı evə gəlmişdir. Bu zaman onun dostu mənə qarşə əxlaqsız təklif etmiş, Şəxs onu döymüşdür. Daha sonra dostu çıxıb getmişdir. Ondan sonra yenə nalayiq ifadələr işlətmiş guya 3 yaşlı uşağın onu söyməsini bildirərək onun üzündən sillə ilə vurmuş daha sonra ayağından tutaraq başı aşağı sallamışdır. Şəxs ilə barışmır onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, bacısıRamilə Taharova ilə birlikdə kirayədə yaşayır. Şəxs kirayə yaşdıqları evin sahibidir.Şəxs dostu ilə birlikdə içkili vəziyyətdə onun kirayədə yaşadığı evə gəlmişdir. Bu zaman onun dostu bacısına qarşı əxlaqsız təklif etmiş, Şəxs onu döymüşdür. Daha sonra dostu çıxıb getmişdir. Ondan sonra yenə nalayiq ifadələr işlətmiş guya 3 yaşlı uşağın onu söyməsini bildirərək onun üzündən sillə ilə vurmuş daha sonra ayağından tutaraq başı aşağı sallamışdır. Daha sonra da söyüşlərinə davam etmiş və bacısını təqib etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1658 saylı rəyindən görünür ki, X5 bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Gəncə şəhər BPİ-nin 4-cü Polis Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci mil tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati icraat aparılan şəxs zərərçıkmiş şəxsi vurmaması dəlili kimi ekpsertiza rəyinə istinad etsə də məhkəmə qeyd edir ki, İXM-nin 157-ci maddəsinin dispozisiyası yalnız döyməni deyil sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməni nəzərdə tutnuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran haldır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halın mövcud olmasını, yüngülləşdirən halın isə müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır.. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 08 yanvar 2025-ci il tarixdən saat 13-00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar