Məhkəmə qərarları › İş №3(125)-1198/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1198/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1198/2022 15.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 15 dekabr 2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 15 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 510-cu maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətmişdir. Belə ki, 15 dekabr 2022-ci il tarixdə saat 01:00-da dostunun idarə etdiyi avtomobil ilə “Xaraba” adlanan ərazidə hərəkətdə olan zaman Post Patrul xidmətinin əməkdaşları avtomobilə saxla əmri vermişdir. Dostu isə avtomobili dayandırmamış və onlar yola davam etmişlər. Bundan sonra polis avtomobili onları təqib etməyə başlamış və sonra dostu avtomobili saxlamışdır. Həmin vaxt polis əməkdaşları ilə onlar arasında mübahisə baş vermişdir. O, mübahisə zamanı uca səslə danışsa da, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş, qanuni tələblərinə riayət edərək polis şöbəsinə getmişdir. Əməlindən peşmandır. Odur ki, barəsində həbslə əlaqədar olmayan tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o Gəncə şəhər DYP şöbəsində polis baş serjantı inspektoru işləyir, 15 dekabr 2022-ci il tarixdə Baş Polis İdarəsindən onlara məlumat verilmişdir ki, ağ rəngli “VAZ 2107” markalı üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan avtomobil Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə avtoxuliqanlıq edir. Həmin avtomobili xidmətdə olan zaman saat 00:30 radələrində Ş.İ.Xətai prospektində görmüşlər və dəfələrlə saxla əmri vermişlər. Lakin, həmin avtomobil saxlamamış və hərəkətə davam etmişdir. Bundan sonra onu təqib etməyə başlamışlar və post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra polis əməkdaşları ilə avtomobili idarə edən Qoşqar Həsənov və yanında olan dostu Şəxs arasında mübahisə yaranmışdır. Bu zaman onlar uca səslə danışaraq, ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında digər şahid X4 oğlu ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2022ci il tarixdə saat 01:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, yəni onun ictimai yer hesab edilən Gəncə şəhəri Ş.İ.Xətai prospektində polis əməkdaşlarına etiraz əlaməti olaraq uca səslə danışması və bununla da ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, səmimi peşmançılığını, məsuliyyətini yüngülləşdirən hal və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 60 (altmış) manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar