Məhkəmə qərarları › İş №3(125)-1199/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1199/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1199/2025 16.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X5 iştirakı ilə, Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 (qırx) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. **-EY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Müseyib Bağırov küçəsi ilə hərəkətdə olan zaman **-YP-*** qeydiyyat nişanlı YPX avtomobili ona saxla əmri vermişdir. O, qanuna əsasən, onun saxla əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru X2 ona yaxınlaşdı və saxlama səbəbi sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi olaraq bildirdi, daha sonra avtomobilini tərk edərək, YPX avtomobilinə yaxınlaşmasını tələb etdi. O, YPX avtomobilinə yaxınlaşdıqda isə qeydiyyat nişanının çirkli olması ilə bağlı cərimə protokolu tərtib edəcəyini bildirdi. O, buna etirazını bildirərək, avtomobilinin qabaritində palçıq olmadığını və qeydiyyat nişanının 30 metrdən artıq məsafədən aydın şəkildə oxunduğunu bildirməsinə baxmayaraq, onun inzibati pozuntunu etdiyini tam sübut etmədən, inspektor X2, ona ******* saylı inzibati xəta haqqında protokol tərtib etdi. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, xahiş edir ki, onun haqqında tərtib olunmuş ******* saylı inzibati xəta haqqında protokola yenidən obyektiv şəkildə, Müseyib Bağırov və Tağı Arani küçələrinin kəsişməsində yerləşən GTŞ-096 nömrəli təhlükəsizlik və həmçinin YPX inspektorunun avtomobilində yerləşdirilmiş kameraların və onun öz telefonu ilə çəkib təqdim etdiyi şəkillər əsasında baxılsın. Əgər həqiqətən avtomobilinin qeydiyyat nişanının qanunla müəyyən olunmuş qaydada oxunmadığı sübut olunarsa, o, inzibati məsuliyyət daşımağa hazırdır. Bu səbəbdən Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X3 şəhəri, Tağı Arani küçəsində xx.xx.2025-ci il tarixdə saat 15:52-də İXM-nin 342.1.7-ci maddəsində nəzərdə tutulmuş (hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmaması) inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 bildirdi ki, onun idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı təmiz və aydın şəkildə görünən olmuşdur. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin DYPŞ tərəfindən məhkəməyə təqdim edilən görüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilmiş, o cümlədən qərardan şikayət vermiş şəxs tərəfindən təqdim edilmiş foto şəkillər DVD diskdə olan görüntülərlə müqayisəli şəkildə araşdırılmışdır. Məhkəmə şikayəti əsassız hesab edərək qeyd edir ki, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və DVD diskdə olan həmin görüntülərdən aydın şəkildə görünür ki, X9 idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Tağı Arani küçəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 342.1.7-ci maddəsində nəzərdə tutulmuş (hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmaması) inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarla və DVD-diskdə olan görüntülərlə tam təsdiq olunur. Həmçinin, məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X9 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Gəncə şəhər Baş Polis İdarəsinin X13 X1 Azərbaycan Respublikası İXM-nin 342.1.7-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar