Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-12/2023 16.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, X5 xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan xx.xx.2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, o, idarə etdiyi 20CS065 dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E230” markalı avtomobil ilə xx.xx.2022-ci il tarixdə saat 13:50-də Gəncə şəhəri, Vaqif küçəsində hərəkətdə olduğu zaman Gəncə şəhər DYPŞ-nin YPX inspektoru, polis serjantı X9 tərəfindən “Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə” barəsində İXP ******* saylı protokol tərtib edilmiş və TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar əsasında o, AR İXM-in 332.1-ci maddəsi ilə 40 manat cərimə olunmuşdur. O, sözü gedən məsələ ilə bağlı Gəncə şəhər DYPŞ-nin YPX inspektoru, polis serjantı X7 idarə etdiyi 20CS065 dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E230” markalı avtomobilin həyat yoldaşı X3 adına olmasını, birgə nikah dövründə əldə etdiklərini və bunu sübut etmək üçün nikah haqqında şəhadətnaməni təqdim etsə də, inspektor qərarın əsaslı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən onun barəsində olan həmin qərar tamamilə əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir. İş üzrə şikayətçi və inzibati qərarı qəbul etmiş Gənə ŞBPİ-nin DYPŞ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə şikayətçinin və Gənə ŞBPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan İXP 508832 nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə saat 13:50-də Gəncə şəhəri Vaqif küçəsində idarə etdiyi Mercedes Benz E230 markalı 20CS065 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-in 332.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və aravada Səfərova soyadı verilmişdir. İş materiallarında olan BD 262060 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz E230 markalı, 20CS065 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən X4 mülkiyyətindədir. Məhkəmə şikayəti və iş materiallarındakı sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. X2 arvadı Gülnara Səfərovanın mülkiyyətində olan avtomobili etibarnamə və ya ərarvadın ümumi mülkiyyət hüququna dair şəhadətnamə olmadan idarə etmişdir. Belə ki, şikayətdə qeyd edilən məsələ ilə bağlı, yəni ər-arvadın birgə nikahda əldə etdikləri avtomobili etibarnamə olmadan idarə edilməsi barədə Gəncə Şəhər Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qanunvericilik normalarının şərh edilməsinə dair müraciət edilmişdir. Həmin müraciət ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” xx.xx.2023 Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi X8 barəsində törətdiyi inzibati xətaya görə qanuni şəkildə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Çünki o, polis əməkdaşları tərəfindən saxlanılarkən etibarnamə və ya ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmamış və polis əməkdaşlarına təqdim etməmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsində sürücünün vəzifələrindən biri kimi digər sənədlərlə birlikdə etibarnaməni və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməni saxlaması, yol polisi əməkdaşı tərəfindən dayandırıldıqda həmin sənədləri təqdim etməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli və onun barəsində olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X8 barəsində xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-12/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-12/2023
16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver