Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1201/2023 19.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Samux rayonu, Alabaşlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 19 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 19 iyun 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Gəncə şəhəri, X4 yanında YPX-nın əməkdaşları ona yaxınlaşaraq avtomaşının cərimə meydançasına aparılmasını bildirmiş və narkoloji dispanserdə səs-küy salmışdır. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X5 izahatında göstərdi ki, Şəxs Gəncə şəhəri, X4 yanında YPX-nın əməkdaşları ona yaxınlaşaraq avtomaşının cərimə meydançasına aparılmasını bildirmiş və narkoloji dispanserdə səs-küy salaraq polisin qanuni tələblərinə məhəl qoymayaraq, ictimai yerdə inzibati xəta törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü ildə Heydər Əliyev parkında kofe içən zaman ona YPX əməkdaşları yaxınlaşmış və 2-3 avtomobil göstərərək bildirdi ki, həmin avtomobillər cərimə meydançasına aparılmalıdır. Həmin vaxt o, nəyə görə avtomobilin cərimə meydançasına getməli olduğunu soruşmuş və YPX əməkdaşı isə sadəcə getməlidir deyə bildirmişdir. YPX əməkdaşının açar hardadır sualına isə o, açar maşındadır deyə cavab vermiş və sakit şəkildə maşını sürüb cərimə meydançasında saxlamışdır. Ordan da onu 1-ci Polis Şöbəsinə gətirmişlər. Onun narkotik vasitədən istifadə edib-etməməsini müəyyən etmək üçün ondan analiz götürmüşlər və analiz nəticəsində onun narkotik vasitədən istifadə etmədiyi müəyyən olunmuşdur. Hadisə vaxtı o, heç bir qanun pozuntusu etməmiş, ictimai qaydanı pozmamış və polisin qanuni tələblərinə tabe olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, xx.xx.2023-сü il tarixdə o, dostu Şəxs və digər dostları ilə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkında kofe içən zaman YPX əməkdaşı onlara yaxınlaşmış, oturduqları yerdən bir az kənarda saxladıqları maşınları göstərərək həmin maşınların sorğusualsız cərimə meydançasına getməli olduğunu bildirmişdir. Bundan sonra Orxan nəyə görə avtomobilin cərimə meydançasına getməli olduğunu soruşanda YPX əməkdaşı sadəcə getməlidir, açar hardadır deyə cavab vermişdir. Daha sonra Orxan açarın maşında olduğunu bildirmiş və avtomobili sürüb cərimə meydançasına getmişlər. Ordan da Orxanı post patrul maşınında polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYP-nin inspektoru polis baş leytenantı X3 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23.10 radələrində Gəncə şəhər Nizami prospektində xidmətdə olan zaman, bir nəfər şəxsə yaxınlaşaraq onun VAZ 2107, **-BF-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin konstruksiya dəyişikliyini aşkar etmiş, həmin şəxsə bildirmişdir ki, avtomobiliniz DYP-nin duracağına yerləşdirilməlidir. Lakin sürücü öz etirazını bildirdi və onun qanuni tələblərinə tabe olmadı, onu nizam-intizama dəvət etmiş və avtomobili duracağa yerləşdirmişdir. Daha sonra adı ona sonradan məlum olan Şəxs gətirib Gəncə şəhər 1-ci Polis Şöbəsinin növbətçi hissəsinə təhvil vermişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə, şahidlərin və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Gəncə şəhəri, X4 yanında YPX-nın əməkdaşları ona yaxınlaşaraq avtomaşını cərimə meydançasına aparılması bildirilmiş və narkoloji dispanserdə səs-küy salmışdır. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması, polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, həmin gün qeyd edilən ərazidə Şəxs tərəfindən ictimai qaydanın pozulması və polisin qanuni tələbinə qəsdən tabe olmama halları öz əksini tapmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs qeyd edilən yerdə həqiqətən də ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozması və polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1201/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1201/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver