Məhkəmə qərarları › İş №3(125)-1201/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1201/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1201/2025 02.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər 2-ci polis şöbəsinin İTB-in polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 02 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhər 1 saylı “ASAN” Xidmət Mərkəzində “Azəriqaz” İstismar İdarəsinin əməkdaşını təhqir etmiş, nəticədə Azərbayan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər 2-ci polis şöbəsinin İTB-in polis sahə rəisi, polis kapitanı X3 protokolun məzmununa uyğun çıxış edərək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında izahat verərək bildirdi ki, o, ödədiyi rüsümü geri almaq üçün 02 aprel 2025ci il tarixdə “ASAN” Xidmət Mərkəzinə müraciət etmişdir. Saat 09:00-da növbəsinin olmasına baxmayaraq saat 12:00-dək növbədə gözləmiş və “Azəriqaz” İstismar İdarəsinin əməkdaşı olan Namiq Qəmbərovun telefonla danışaraq onun müraciətinə laqeydlik göstərmişdir. Bununla əlaqədar o, əsəbləşmiş və niyə bu qədər gözləməsini səbəbini soruşmuşdur. Qənbərov isə ona kobud formada “ə nə deyirsən sən” deyərək hörmətsizlik etmişdir. Daha sonra isə “Azəriqaz” İstismar İdarəsinin digər əməkdaşı Seymur Həsənzadə onların yanına gələrək onu təhqir etmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və onu aşağı mərtəbəyə aparmışlar. Sonda o, təqsiri olmadığını, ona qarşı haqsızlıq edildiyini, işinə laqeyd yanaşıldığını, həmçinin qazi olduğunu diqqətə çatdırmış və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 çıxışında bildirdi ki, “ASAN” Xidmət Mərkəzində “Azəriqaz” İstismar İdarəsinin əməkdaşıdır. Şəxs rüsumun qaytarılması ilə bağlı mərkəzə müraciət etmiş, lakin onlarda belə xidmət mövcud olmadığından aidiyyəti üzrə hara müraciət edə biləcəyi ilə bağlı araşdırılıb vətəndaşa məlumat veriləcəyi deyilmişdir. Vətəndaş gözləməli olduğundan onun mobil nömrəsini götürərək gözləməməsini, məlumat alan kimi bu barədə onun xəbər veriləcəyi bildirilmiş, lakin Şəxs əsəbi şəkildə onu uzun müddət gözlətdiklərini bildirərək ucadan səs-küy salmış və onu təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 çıxışında xidməti vəzifəsini yerinə yetirən zaman mühafizə xidmətinin əməkdaşı bir nəfər vətəndaşın “Azəriqaz” İstismar İdarəsinin işçisi ilə mübahisə etdiyini və onu nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Ona həmin vətəndaşı aidiyyəti üzrə Gəncə şəhəri 2-ci Polis Şöbəsinə təhvil verməyi bildirmiş, o, da həmin vətəndaşı mühafizə xidmətinin əməkdaşı ilə birlikdə Gəncə şəhər 2-ci Polis Şöbəsinə göndərmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 çıxışında “X11 Xidməti”ndə mühafizə polisi vəzifəsində işlədiyini, vətəndaşın 02 aprel 2025-ci il tarixdə “ASAN” Xidmət Mərkəzində problem yaratdığını, ona yaxınlaşan zaman isə artıq sakitləşərək oturduğunu görmüşdür. Lakin sonradan o, raport hazırlamaq üçün Şəxs mühafizə otağına apararkən sonuncu şəxsiyyət vəsiqəsini təqdim etməmiş və aqressivləşərək ona qarşı nəlayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 çıxışında X15 İstismar İdarəsində qrup rəhbəri olduğunu bildirmişdir. O, adı sonradan ona məlum olan Şəxs “Azəriqaz” İstismar İdarəsinin xidməti pəncərəsinə yaxınlaşaraq növbəsinin çatdığını, niyə onun çağırılmamasının səbəbini soruşduğunu və bundan sonra isə tabeliyində olan işçi X4 təqir edərək aqressiv davranış nümayiş etdirdiyini görmüşdür. Şəxs sakitləşdirmək mümkün olmadığından hadisə yerinə mühafizə xidməti vasitəsilə polis əməkdaşlarını dəvət etmişlər. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ikinci qrup əlil olmasını onun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs vəziyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar