Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1203/2022 28.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, Hüquqi şəxs “X3 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən hüquqi şəxs “X3 Ekspedesiyası Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, 14000-0848/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, “X3 Ekspedesiyası Kompaniyası" MMC tərəfindən 30 noyabr 2022-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********3285 və **********3333 sorğu nömrəli gömrük bəyannamələri ilə "sərbəst dövriyyə üçün buraxılış" gömrük prosedurunda rəsmiləşdirilən şirkətin ünvanına gələn şassi nömrəsi XLRTE47MS0E961606 olan "Daf" markalı dartıcı və şassi nömrəsi WSM**********5116 olan "xxxx" markalı yarımyedək Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx.xx.2022-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat verilməlidir. Belə ki, 34/012/006258 nömrəli xx.xx.2022-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildirilir ki, “X3 Ekspedesiyası Kompaniyası" MMC-nin ünvanına gələn "Daf" markalı dartıcı və "xxxx" markalı yarımyedək **********3285 və **********3333 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün gömrük bəyannamələrinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan görünür ki, “X3 Ekspedesiyası Kompaniyası" MMC-nin ünvanına gələn dartıcı-qoşqu “Xanoba” gömrük postunu xx.xx.2022-ci il tarixdə keçmişdir və həmin nəqliyyat vasitəsinə dair QİB tərtib olunmamışdır. “X3 Ekspedesiyası Kompaniyası" MMC-nin qanuni təmsilçisi Azərbaycan Respublikasının vətəndaşı X2 izahatında göstərmişdir ki, “X3 Ekspedesiyası Kompaniyası" MMC-nin ünvanına şassi nömrəsi XLRTE47MS0E961606 olan “Daf” markalı dartıcı və şassi nömrəsi WSM**********5116 olan "xxxx" markalı yarımyedək gəlmişdir. Sürücü sərhədkeçməsi barədə vaxtında məlumat vermədiyi üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə və “X3 Ekspedesiyası Kompaniyası" MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “X3 Ekspedesiyası Kompaniyası" MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən “X3 Ekspedesiyası Kompaniyası" MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********3285 nömrəli gömrük bəyannaməsindən görünür ki, “X3 Ekspedesiyası Kompaniyası" MMC-nin ünvanına Avstriya Respublikasından XLRTE47MS0E961606 olan “Daf” markalı dartıcı Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postundan ölkə ərazisinə daxil olmuş yük gömrük orqanına bəyan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********3333 nömrəli gömrük bəyannaməsindən görünür ki, “X3 Ekspedesiyası Kompaniyası" MMC-nin ünvanına Avstriya Respublikasından X WSM**********5116 olan "xxxx" markalı yarımyedək Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postundan ölkə ərazisinə daxil olmuş yük gömrük orqanına bəyan edilmişdir. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, “X3 Ekspedesiyası Kompaniyası" MMC-nin nümayəndəsi X2 “X3 Ekspedesiyası Kompaniyası" MMC-nin ünvanına Avstriya Respublikasından 1 ədəd şassi nömrəsi XLRTE47MS0E961606 olan “Daf” markalı dartıcı və 1 ədəd şassi nömrəsi WSM**********5116 olan "xxxx" markalı yarımyedək idxal edilmişdir. Şirkətin gömrük işlərini görən mütəxəssisin məlumatı olmadığından yük üzrə qısa idxal bəyannaməsi tərtib edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı “X3 Ekspedesiyası Kompaniyası" MMC-nin idxal etdiyi malın gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsini gömrük orqanına təqdim etməməsi müəyyən edilmişdir. Bununla da “X3 Ekspedesiyası Kompaniyası" MMC tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxsə inzibati tənbeh kimi cərimə tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: “X3 Ekspedesiyası Kompaniyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********, hüquqi şəxsin ünvanı – Az 2006, ünvan 2əcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1203/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1203/2022
28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver