Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1210/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan massivi küçəsi, ev 19, mənzil 34-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11.12. 2020-ci il tarixli, 2(043)-3908/2020 nömrəli icra sənədi əsasən hər ay uşağın saxlanılması üçün 140 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasının təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş və xəbərdarlıq göndərilmişdir. Borclu Şəxs ödənilməmiş 5580 manat aliment borcu vardır. Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülsə də borclu qanunla müəyyən olunmuş müddət ərzində borcunu ödəməkdən yayınmışdır. Bununla da borclu Məmmədov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəxs izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu daha əvvəl də məhkəməyə verilmiş, iş hakim Kənan Hüseynovun icraatında olan zaman məhkəmədən yayındığına görə barəsində axtarış elan edilmişdir. Borclu borcunu ödəməkdən qəsdən yayınır. Protokolun təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs xx.xx.2023-cü il tarixdən polis tərəfindən tutulmuş və müvəqqəti saxlamada saxlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcunu ödəməkdən qəsdən yayınmır. Başqa iki uşağı da vardır. Təzləlikcə onlara məclis edib. İmkanı yoxdur. Fotoqraf fəaliyyəti ilə məşğul olur. Hal-hazrda borcundan 1000 manat ödəniş etmişdir. Borcunu hər ay daimi ödəyəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdən polis tərəfindən tutulmuş və müvəqqəti saxlamada saxlanılmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, aliment borcunun tam şəkildə ödənilməsini istəyir. Hal-hazırda ona 980 manat pul ödənilmişdir. Ödənilməyən 4 mindən çox aliment borcu var. Aliment borcunun tam şəkildə ödənilməsini, ödənilmədiyi təqdirdə həbs edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11.12. 2020-ci il tarixli, 2(043)-3908/2020 nömrəli icra sənədi əsasən hər ay uşağın saxlanılması üçün 140 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11.12. 2020-ci il tarixli, 2(043)-3908/2020 nömrəli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclunun ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Gəncə şəhər İcra İdarəsinin icra məmurları X3, X5 hal şahidlərinin iştirakı ilə icra sənədinin icrası ilə əlaqədar Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanında olmuşlar, orda olan zaman Şəxs orda yaşamadığı və evdə hər hansı qiymətli əşyanın olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 27 may 2021-ci il tarixli, 07 iyun 2021-ci il tarixli, 08 iyun 2021-ci il tarixli, 19 iyun 2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıqlar imza atdırılmaqla təqdim edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, borclu Şəxs tərəfindən 980 manat aliment pulu Zərərçəkmiş şəxs Ebrus qızına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş, bugünədək yaranmış aliment borcunu ödənilməmişdir. Borclu Şəxs aliment borcu yarandıqdan sonra yeni ailə həyatı qurması, başqa iki övladının olması və onların məclisinin keçirməsi, məhkəmə iclası zamanı 980 manat pulu ödəməsi, ona əsas verir ki, Şəxs icra sənədini icra etmə imkanı olduğu halda icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İş materiallarında tutma protokolu olmamasına baxmayaraq həm icra məmurunun, həm inzibati icraat aparılan şəxsin izahatına əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdə polis tərəfindən tutulmuş və həmin günün müvəqqəti saxlama yerində saxlanılmışdır. Ona görə də Şəxs həbs etməsinin əvvəli onun faktiki olaraq hüquqlarının məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 19 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1210/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1210/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver