Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1218/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 3-cü döngə, ev 31-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 21 iyun 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 iyun 2023-cü il tarixdə içkili vəziyyətdə qaynatasıgilin yaşadığı ünvana gedərək uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin hadisə ilə bağlı əraziyə yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs 20 iyun 2023-cü il tarixdə içkili vəziyyətdə qaynatasıgilin yaşadığı ünvana gedərək uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin hadisə ilə bağlı əraziyə yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir.Protokolun təmin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, sadəcə uşağını görmək istəmişdir. Lakin qaynatasıgil uşağını ona verməmiş, onu göstərməmişdilər. Qayanatası ondan polisə şikayt etmiş, o ora gələn polis əməkdaşlarına özü yaxınlaşmış onlarla getmişdir. O,heç bir ictimai qaydanı pozmamış, polisə müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, daxil olmuş müraciət əsasında müraciət daxil olan ünvana getmiş, həmin zaman Ruslanın həmin ünvanda içkili vəziyyətdə uca səslə nalayiq ifadələr işlətiyinin şahidi olmuşlar. Ona yaxınlşaraq nizamintizama dəvət etsələr də o polisin qanuni tələbinə tabe olmamış, ona görə də şəxsi tutub 2ci Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, kürəkəni Şəxs içkili vəziyyətdə evə hələrək uşaqları götürmək istəmişdir. Bu zaman uşaqlar qorxmuş və onların arxasında gizlənmişdir. Daha sonra Şəxs ucadan nalayiq ifadələr işlədərl ətrafdakı adamları ora yığmışdır. Şəxs əvvəllər də bu kimi hərəkətlərə yol verdiyinə görə inzibati qayda da həbs edilmişdir. Lakin həbsdən çıxdıqdan sonra içdiyi zaman uşaqları yadına düşmüşdür. Şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirlmiş X2 ifadəsində göstərmişdir ki, kürəkəni Şəxs içkili vəziyyətdə evə gələrək uşaqları götürmək istəmişdir. Bu zaman uşaqlar qorxmuş və onların arxasında gizlənmişdir. Daha sonra Şəxs ucadan nalayiq ifadələr işlədərl ətrafdakı adamları ora yığmışdır. Şəxs əvvəllər də bu kimi hərəkətlərə yol verdiyinə görə inzibati qayda da həbs edilmişdir. Lakin həbsdən çıxdıqdan sonra içdiyi zaman uşaqları yadına düşmüşdür. Şəxs cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin polis sahə rəisi Nurlan Qurbanov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə əməliyyat qruppasında olan zaman vətəndaş X4 DİN-in 102 xidmətinə zəng edərək keçmiş kürəkəni Ruslan adlı şəxsin onun yaşadığı ünvana gələrək nalayiq ifadələrlə söyüb təhqir etməsi barədə məlumat verdi. 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Orxan babayev ilə həmin ünvana getmiş, həmin zaman Ruslanın həmin ünvanda içkili vəziyyətdə uca səslə nalayiq ifadələr işlətiyinin şahidi olmuşlar. Ona yaxınlaşaraq nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə tabe olmamış, ona görə də şəxsi tutub 2-ci Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X3 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək kürəkəni Şəxs içkili vəziyyətdə evə gələrək ucadan nalayiq ifadələr işlədərək onları təhqir etdiyini bildirmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsəi ilə aparılan tibbi müayinə haqqında” xx.xx.2023-cü il tarixli 1546/2023 nömrəli protokoldan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşu olmuşdur. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 16:15-də tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin 3(125)-820/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Şahid ifadələrindən görünür ki, Şəxs ictimai yer olan küçədə nalayiq ifadələr işldərək ictimai qaydanı kobud şəkildə pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran haldır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməsini, yüngülləşdiriən halların isə müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1218/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1218/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver