Məhkəmə qərarları › İş №3(125)-1222/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1222/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1222/2022 19.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər X3 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Rusiya Federasiyasının Arxangelsk Vilayətinin Plesensk rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı binanın qarşısında aralarında baş vermiş münaqişə zamanı X5 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən polis sahə rəisi X10 izahatında bildirdi ki, Şəxs oğlu xx.xx.2022-ci il tarixdə yaşadığı binanın qarşısında X5 döyməsi ilə bağlı təhqiqat orqanın qərarı olmuşdur. Həmin qərara əsasən o, Şəxs İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib etmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Həsənova Şövkət onun qızı Pərvanənin qaynanasıdır. X4 ilə rəsmi nikaha daxil olduqdan sonra onun Şövkətlə aralarında narazılıqlar başlamış və nəticədə həmin narazılıqlar mübahisələrə dönmüşdür. xx.xx.2022ci il tarixdə saat 00:00 radələrində yaşadığı evdə olan zaman qızı Pərvanə ağlayaraq onun yanına gələrək qaynanası Şövkətin yaşadığı evinə gedərək, əri Əlinin niyə 2 gündürki evə qayıtmadığı soruşmuş, Şövkət və qızı Rövşanə isə cavab olaraq Pərvanəni qapısının qarşısından qovduğunu bildirmişdir. O isə qızı Pərvanəni sakitləşdirən zaman, yaşadığı evin qarşısından Şövkətin səsini eşitmiş və yaşadığı mənzilin eyvanına çıxaraq, Şövkətə qızı Pərvanəni qovduğu üçün iradını və nikahdan əvvəl verdikləri vədlərə əməl etməmələri barədə bildirdimişdir. Onun yaşadığı mənzil 1-ci mərtəbədə yerləşdiyi üçün, eyvandan küçəyə pilləkən var. Bundan sonra Şövkət onun dediklərini eşidərək qızı Rövşanə ilə birlikdə onun eyvanının qarşısına yaxınlaşmışlar və o, eyvandan küçəyə düşdükdən sonra aralarında qısa müddətli sözlü mübahisə yaransa da, ətrafda olan qonşuları onu çəkib evin içinə aparmışdır. Həmin vaxt qızı Pərvanə isə Şövkətin qızı Rövşanə ilə əlbəyaxa oldular və bir-birilərinin saçlarını yoldular. Həmin vaxt o, Rövşanəyə ümumiyyətlə yaxınlaşmamış, ona xəsarət yetirməmişdir. Odur ki, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Kəmalə onun qardaşı Əlinin qaynanasıdır. X2 ilə rəsmi nikaha daxil olandan sonra, onların aralarında narazılıqlar yaranmağa başlamış və tez-tez mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində yaşadığı binanın qarşısında gəlinləri Pərvanə ilə aralarında olan münaqişə zaman Pərvanə əvvəlcə onun saçından tutub dartmış, sonra onu yerə yıxmış və sürümüşdür. Ekspertizanın rəyində göstərilən xəsarətləri ona məhz Pərvanə yetirmişdir. Ancaq həmin vaxt Kəmalə də onun kürəyindən iki dəfə yumruq vurmuşdur. Daha sonra anası Şövkət Həsənova onları ayırdıqdan sonra, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, o, Şəxs qızıdır. Zərərçəkmiş şəxs Rövşanə Həsənova isə onun ərinin bacısıdır. xx.xx.2022-ci il tarixdə qaynanası Şövkət xanım və baldızı Rövşanə ilə onun arasında münaqişə yaranmışdır. Lakin, o, baldızı Rövşanənin dediyi kimi onu yerə yıxmamış və yerdə sürüməmişdir. Həmin vaxt onlar sadəcə bir-birilərinin hicablarını açıb saçlarını dartıb yolmuşlar. Həmçinin münaqişə zamanı anası Kəmalə orda olsa da o, Rövşanə Həsənovaya heç bir xəsarət yetirməmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinin əlamətləri olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1962 nömrəli rəyində qeyd edilmişdir ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ diz nahiyəsinin sıyrığı, döş qəfəsi nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə barəsində inzibati icraat aparılan şəxs Şəxs yaşadığı binanın qarşısında onun qızı Pərvanə Nipaliyeva ilə qaynanası Şövkət Həsənova və baldızı Rövşanə Həsənova arasında münaqişə baş vermişdir. Ekspertiza rəyində göstərilən “sağ diz nahiyəsinin sıyrığı, döş qəfəsi nahiyəsinin qançırı” xəsarətini isə zərərçəkmiş şəxsə Şəxs deyil, zərər çəkmiş şəxsin deməsinə görə onun qızı Pərvanə Nipaliyeva yetirmişdir. Hadisə vaxtı Şəxs zərər çəkmiş şəxsə hər hansı formada fiziki ağrı yetirməsi öz təsdiqini tapmır. Zərər çəkmiş Rövşanə Həsənova təhqiqat araşdırması zamanı verdiyi izahatında Şəxs ona xəsarət yetirməsini bildirsə də, onun bu izahatı məhkəmə iclasında özünün verdiyi izahatı ilə yanaşı, barəsində icraat aparılan şəxsin və şahidin izahatları ilə təkzib olunur. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Rövşanə Həsənovanın döyülməsi epizodu ilə bağlı Şəxs təqsirli olması sübuta yetirilmədiyindən, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar