Məhkəmə qərarları › İş №3(125)-1223/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1223/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1223/2022 19.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində icraat aparılan şəxslər Şəxs1 və Şəxs2, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs1 və Şəxs2 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri 1-ci mikrorayon, 8 saylı binanın qarşısında şəxsi münasibətlər zəminində X3 döymüşlər. Ona görə də, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi inzibati xəta törətmələrinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X5 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslər Şəxs1 və Şəxs2 inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs1 bildirdi ki, nə o, nə də Şəxs2 zərərçəkmişi döyməmişdir. Onlar sadəcə Qoşqarın evinə onların vasitəçilik xidmətlərinə görə onlara çatacaq 900 manat pulu almaq üçün getmişlər. Qoşqar isə pulu veməkdən imtina etmiş, aralarında sözlü mübahisə yaranmışdır. Tapdıq əsəbiləşdiyindən əlində olan telefonu yerə vuraraq qırmışdır. Əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs2 da Şəxs1 verdiyi izahatla eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, o evini satarkən barəsində icraat aparılan şəxslər ona vasitəçilik xidməti göstərərək ona müştəri tapmışlar. Bu xidmət üçün onlara 1000 manat vasitəçilik haqqı söz vermişdir. 100 manat ilkin rəsmiləşdirmə üçün vermişdir. Lakin sonradan öz fikrindən daşınmışdır. Alqı-satqının rəsmiləşdirilməsini dayandırmaq istədikdə ona bildirmişlər ki, artıq gecdir. Ona görə də evi geri öz adına rəsmiləşdirmək üçün 3000 manat xərc çəkmişdir. Alqı-satqı baş tutmadığından vasitəçilərin pulunu verməkdən imtina edir. Ona görə də barəsində icraat aparılan şəxslər onun evinə gələrək onun aşağı düşürüb binanın qarşısında döymüşlər. Barəsində icraat aparılan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 xx.xx.2022-ci il tarixli 1260 nömrəli Ekspert Rəyindən görünür ki, vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün alt qapağının və təpə nahiyyəsinin qançırları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş “cinayət işnin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci tarixli Qərardan görünür ki, barəsində icraat aparılan şəxslər Şəxs1 və Şəxs2 əməlində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs2 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri 1-ci mikrorayon, 8 saylı binanın qarşısında şəxsi münasibətlər zəminində X3 döymüşdür. İş materiallarında olan 19 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs1 xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri 1-ci mikrorayon, 8 saylı binanın qarşısında şəxsi münasibətlər zəminində X3 döymüşdür. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs1 və Şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs1 və Şəxs2 barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar