Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1223/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X6, X3nun və müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1982-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Göygöl Rayon Məhkəməsinin 1(066)- 69/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X7 cəzasının digər cəza növü ilə əvəz edilməsi barədə Gəncə şəhər Probasiya şöbəsinin böyük icra məmuru X10 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Probasiya şöbəsinin böyük icra məmuru X10 məhkəməyə təqdimatla müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 1(066)-69/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X7 cəzasının çəkilməmiş qalan hissəsinin digər cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Təqdimatda göstərilir ki, X2 Rayon Məhkəməsinin 1(066)-69/2022 saylı, xx.xx.2022ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X3 barəsində hökmün surəti və hakimin göstərişi icra olunması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cəzanın icrasının təmin edilməsi məqsədilə məhkum A.Ələkbərov xx.xx.2022-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüş, həmin tarixdə sonuncuya yaşadığı ünvan 3 ünvanında “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah edilərək müvafiq protokol tərtib edilmişdir. Məhkum A.Ələkbərov xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək yaşayış yerini ünvan 4 ünvanına dəyişdirilməsini xahiş etmişdir. Bununla bağlı məhkəməyə təqdimat göndərilmişdir. Təqdimat təmin edilmiş və Gəncə Şəhər Məhkəməsinin 7(125)-100/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə A.Ələkbərovun yaşayış yeri ünvan 5 ünvanına dəyişdirilmişdir. Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin məlumatlarına əsasən məhkumun Monitorinq Mərkəzində “Attenti” elektron monitorinq sistemi vasitəsi ilə izlənilməsi zamanı xx.xx.2022-ci il tarixdə saat 23:00-dan saat 23:44-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 06:00-dək; xx.xx.2022-ci il saat 23:00-dən xx.xx.2022-ci il saat 00:43-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 06:00-dək; xx.xx.2022-ci il saat 23:00-dan saat 23:19-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 00:33-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 06:00-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 00:09-dək və xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022ci il saat 06:00-dək “vaxt məhdudiyyətinin pozulması” xəbərdarlıq siqnalı daxil olmuşdur. Bununla da, məhkum məhkəmə tərəfindən müəyyən edilmiş vaxt məhdudiyyətini pozmuşdur. Qeydə alınmış pozuntularla əlaqədar məhkumun verdiyi izahatında pozuntuların qeydə alındığı saatlarda evdə olmadığını etiraf etmişdir. Məhkəmə tərəfindən üzərinə qoyulmuş vaxt məhdudiyyəti vəzifəsini pozduğuna görə Cəzaların İcrası Məcəlləsinin 51-7.1, 51-7.2 və 51- 7.2.2-ci maddələrinə əsasən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə töhmət növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin xx.xx.2022-ci il tarixli məlumatlarına əsasən məhkumun Monitorinq Mərkəzində “Attenti” elektron monitorinq sistemi vasitəsi ilə izlənilməsi zamanı xx.xx.2022-ci il tarixdə saat 23:54-dən xx.xx.2022-ci il saat 12:46-dək “qolbağ tapılmır” xəbərdarlıq siqnalı daxil olmuşdur. Bununla da, məkhum məhkəmə tərəfindən üzərinə qoyulmuş elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozmuşdur. Qeyd olunan pozuntunun araşdırılması məqsədi ilə məhkum A.Ələkbərov xx.xx.2022-ci il tarixdə izahatı alınmışdır. Qeydə alınmış pozuntu ilə əlaqədar məhkum A.Ələkbərov izahatında pozuntunun qeydə alındığı saatlarda mobil qurğunu evdə qoyaraq çıxdığını, həmçinin məhkəmə hökmü ilə müəyyən edilmiş saat 23:00-dan saat 06:00-dək vaxt məhdudiyyəti vəzifəsini pozduğunu, bunlarla yanaşı icra məmurunun xəbəri və icazəsi olmadan ərazi məhdudiyyətini pozaraq Samux rayonu ərazi hüdudlarına daxil olduğunu etiraf etmişdir. Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin məlumatlarına əsasən məhkumun Monitorinq Mərkəzində “Attenti” elektron Monitorinq sistemi vasitəsi ilə izlənməsi zamanı xx.xx.2022-ci il tarixdə saat 21:55dən xx.xx.2022-ci il saat 00:33-dək ərazi məhdudiyyəti tələbini pozaraq Samux rayonu ərazisinə, xx.xx.2022-ci il tarixdə saat 17:03-dən saat 22:51-dək ərazi məhdudiyyəti tələbini pozaraq Gədəbəy rayonu ərazisinə və xx.xx.2022-ci il tarixdə saat 16:04-dən saat 17:02-dək, xx.xx.2022-ci il tarixdə saat 15:12-dən saat 15:54-dək ərazi məhdudiyyəti tələbini pozaraq Goranboy rayonu ərazisinə keçmişdir. Bununla da, məhkum məhkəmə tərəfindən müəyyən edilmiş ərazi məhdudiyyətini qərəzli olaraq pozmuşdur. Qeydə alınmış pozuntularla əlaqədar məhkumun şöbədə verdiyi izahatlarında pozuntuların qeydə alındığı saatlarda təyin edilmiş ərazi məhdudiyyətini pozmağı etiraf etmişdir. Odur ki, məhkəmə tərəfindən məhkum A.Ələkbərovun üzərinə qoyulmuş vəzifələri qərəzli və mütəmadi pozduğu üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə azadlığın məhdudlaşdırılması cəzasının digər cəza növü ilə əvəz edilməsi barədə təqdimat göndərilmişdir. xx.xx.2022-ci il tarixdə X3 elektron qolbağı ayağından açaraq mobil qurğu ilə birlikdə yaşadığı mənzildə qoyaraq cəzadan yayınmaq məqsədi ilə yaşadığı ünvanı tərk etmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məhkuma məxsus 055 ***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq əlaqə saxlanılmış, lakin göstərilən mobil nömrə sönülü olmuşdur. Bununla bağlı olaraq məhkum A.Ələkbərov barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilərək qəbul edilmiş axtarış qərarının icra edilməsi məqsədilə Gəncə şəhər 2-ci Polis Şöbəsinə göndərilmiş və həmin tarixdə tutulması barədə məhkəməyə təqdimat verilməsi üçün Gəncə Şəhər Prokurorluğuna vəsatət verilmişdir. Həmin vəsatət əsasında Gəncə Şəhər Məhkəməsinin 7(125)-197/2022 nömrəli, xx.xx.2022-ci tarixli qərarı ilə A.Ələkbərovun barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının digər cəza növü ilə əvəz edilməsi məsələsinin həlli məqsədilə 07 gün müddətə tutulması barədə qərar qəbul edilmişdir. Həmin qərar əsasında X11 xx.xx.2025-ci il tarixdə tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Probasiya şöbəsinin böyük icra məmuru X10 təqdimatın məzmununa uyğun çıxış edərək, məhkumun cəzanın çəkilməsinə laqeyd yanaşmasını, üzərinə qoyulmuş vəzifələri mütəmadi və qərəzli surətdə pozmasını və cəzadan boyun qaçırmasını nəzərə alıb onun cəzasının çəkilməmiş hissəsinin digər cəza növü ilə əvəz edilməsi barədə verilmiş təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3 bildirdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasınının çəkilməsi ilə bağlı təqdimatda qeyd olunan pozuntular həqiqətən baş vermişdir. Ailə vəziyyəti çətin olduğu üçün xx.xx.2022-ci il tarixdə qolbağı açaraq Gəncə şəhərinin ərazisini tərk edərək Bakı şəhərinə getmişdir. Səhv etdiyini başa düşür və bir daha belə hallara yol verməyəcək. Odur ki, barəsində verilmiş təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3nun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar üzrə İdarəsinə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, X9 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Göygöl Rayon Məhkəməsinin 1(066)-69/2022 saylı, xx.xx.2022-ci il il tarixli hökmündən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, X7 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, X7 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzanın icrasının yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı andan hesablanması hökm edilmişdir. xx.xx.2022-ci il tarixdə hökmün icrası barədə hakimin göstərişi Gəncə Şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin gün məhkumun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, elektron nəzarət vasitəsi həmin tarixdə ona tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən daxil olmuş pozuntular barədə məlumatlardan görünür ki, X3 tərəfindən hökmlə müəyyən olunmuş vaxtlarda yaşayış yerini tərk etməmək vəzifəsi pozulub – xx.xx.2022-ci il tarixdə saat 23:00-dan saat 23:44-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 06:00-dək; xx.xx.2022-ci il saat 23:00-dən xx.xx.2022-ci il saat 00:43-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 06:00-dək; xx.xx.2022-ci il saat 23:00-dan saat 23:19-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 00:33-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 06:00-dək; xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 00:09-dək və xx.xx.2022-ci il saat 23:00-dan xx.xx.2022-ci il saat 06:00-dək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi pozulub - xx.xx.2022-ci il tarixdə saat 23:54-dən xx.xx.2022-ci il saat 12:46-dək, Gəncə şəhər ərazi hüdudlarını tərk etməmək vəzifəsi pozulub – xx.xx.2022-ci il tarixdə saat 21:55-dən xx.xx.2022-ci il saat 00:33-dək Samux rayonu ərazisinə, xx.xx.2022-ci il tarixdə saat 17:03-dən saat 22:51-dək Gədəbəy rayonu ərazisinə və xx.xx.2022-ci il tarixdə saat 16:04-dən saat 17:02-dək, xx.xx.2022-ci il tarixdə saat 15:12-dən saat 15:54-dək Goranboy rayonu ərazisinə keçmişdir. Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarı ilə X9 töhmət verilmişdir. xx.xx.2022-ci il tarixdə X11 qolbağı açaraq cəza çəkməkdən boyun qaçırmışdır. Gəncə Şəhər Məhkəməsinin 7(125)-197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-69/2022 nömrəli, xx.xx.2022ci il tarixli hökmü ilə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X11 cəzasının başqa cəza növü ilə əvəz olunması məsələsinin həlli məqsədi ilə tutulması, X3nun tutulma müddətinin 7 gün həddində müəyyən edilməsi, tutulmanın əvvəlinin X7 tutulduğu tarixdən hesablanması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, X11 xx.xx.2025-ci il tarixdə saat 03:00-da Bakı şəhəri ərazisində saxlanılaraq Gəncə şəhərinə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarından görünür ki, X11 ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixə 2 (iki) ay 22 (iyirmi iki) gün hissəsini çəkmiş, çəkilməmiş qalan hissəsi 02 (iki) il 09 (doqquz) ay 04 (dörd) gündür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona töhmət növündə tənbeh verir. Tənbeh tədbiri yazılı şəkildə əsaslandırılmış qərarla verilir. Həmin Məcəllənin 51-7.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin aşağıdakı əməlləri törətməsi, onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırma hesab edilir: 51-7.2.1. icra məmurunun cəzanın çəkilməsi üçün gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildirişini aldıqdan sonra 3 gün müddətində üzrlü səbəblər olmadan cəzanın icrasına nəzarət edən orqana gəlməməsi; 51-7.2.2. üzrlü səbəb olmadan məhkəmə tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirməməsi; 51-7.2.3. cəzanın çəkilməsi məsələləri ilə bağlı yazılı izahat vermək üçün icra məmurunun çağırışı ilə gəlməməsi; 51-7.2.4. barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi. Həmin Məcəllənin 51-7.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir. Həmin Məcəllənin 51-7.5-ci maddəsinə əsasən üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına görə töhmət almış məhkumun il ərzində daha iki dəfə bu Məcəllənin 51-7.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir. Həmin Məcəllənin 51-7.6-cı maddəsinə əsasən aşağıdakı əməllər azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir: 51-7.6.1. məhkumun müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk etməsi 51-7.6.2. məhkumun elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməməsi; 51-7.6.3. məhkumun yaşayış yerini bu Məcəllənin 51-3.3 və ya 51-3.6-cı maddələrində nəzərdə tutulmuş icazə olmadan 10 gündən artıq müddətdə tərk etməsi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 519-cu maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında hökmün icrası ilə əlaqədar, həmçinin hökmün icrasından boyun qaçıran şəxsə ona təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi barədə məsələyə baxır. Göründüyü kimi məhkum cəzanın çəkilməsi qaydalarını, yəni məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri pozmuşdur. Qeyd olunan pozuntular vəzifələrin mütəmadi və qərəzli pozuntuları hesab edilir və məhkum bu pozuntuların səbəblərinin üzrlü olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Həmçinin məhkum pozuntuların səbəbi ilə bağlı məhkəmə iclasında və icra məmuruna verdiyi izahatda həmin pozuntuları törətdiyini etiraf etmişdir. Göstərilənlər məhkumun cəzanın çəkilməsi qaydalarına laqeyd yanaşdığını, cəzanı çəkməkdən mütəmadi və qərəzli olaraq boyun qaçırdığını təsdiq edir. Beləliklə, X3nun ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən mütəmadi və qərəzli olaraq boyun qaçırdığını, cəzanın çəkilməsinə məsuliyyətsiz və laqeyd yanaşdığını, üzrlü səbəb olmadan məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyini, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməyə başladığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddətində elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, elektron nəzarət vasitəsini gəzdirmək, hökmlə müəyyən olunmuş vaxtlarda yaşayış yerini tərk etməmək və ərazi məhdudiyyəti vəzifələrini dəfələrlə bilərəkdən pozmasını, o cümlədən ona təyin olunmuş cəzanın çəkilməsi ilə bağlı hüquq və vəzifələri ona dəfələrlə izah olunmasına baxmayaraq qeyd olunanlardan nəticə çıxarmamasını və yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-69/2022 saylı, xx.xx.2022-ci il il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. X3 hazırkı cəzanın icrası ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə probasiya şöbəsində qeydiyyata alınmış və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış və həmin tarixdən məhkumun qolbağı açaraq cəzə çəkməkdən boyun qaçırdığı tarixədək, yəni 19 oktyabr 2022-ci il tarixədək ona təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 22 (iyirmi iki) gün hissəsini çəkmiş, cəzanın 02 (iki) il 09 (doqquz) ay 04 (dörd) gün hissəsi çəkilməmiş qalmışdır. Buna görə də məhkumun cəzasının çəkilməmiş qalan hissəsi iki gün azadlığın məhdudlaşdırılması cəzasına bir gün azadlıqdan məhrum etmə hesabı ilə 01 (bir) il 04 (dörd) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 05 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Qərarın icrasını təmin etmək məqsədilə məhkumun barəsində qərar qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və onun 05 aprel 2025-ci il tarixdən tutulması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddələrinə əsasən X1 məhkəmədə 3 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 (altı) manat hesablanmaqla 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 381, 383-385, 519 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. X1 Göygöl Rayon Məhkəməsinin 1(066)-69/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 09 (doqquz) ay 04 (dörd) gün hissəsi 01 (bir) il 04 (dörd) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. X7 barəsində qərar qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və onun 05 aprel 2025-ci il tarixdən tutulması nəzərə alınsın. X11 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2025-ci il tarixdən hesablansın. X1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X5 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 18 (on səkkiz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu (həbsdə saxlanılan şəxsə isə qərarın surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan bu müddət ərzində şikayət və ya protest verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-1223/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1223/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver