Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-1226/2022 19.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Samux rayonu, Qəndili kəndində qeydiyyatda olan, Gəncə şəhəri, H.Əliyev prospekti 343, mənzil 20-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhəri Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(104)-162/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 106860,50 manat tutularaq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2(115)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2572 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(104)-05/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 737027,12 manat məbləğində pul tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(104)-294/2022 saylı, xx.xx.2022-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 165300,35 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-2(83)-129/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 190278.21 manat məbləğində-borc və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pul tutularaq ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(115)-878/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 10863066,18 manat məbləğində borc və ödənilmiş 3 0 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2-2(83)-149/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs oğundan cəmi 20030 manat tutularaq “X8 Company” MMC-yə ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(115)-1272/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 7584,35 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2- 2(115)-526/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 15959,16 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq müxtəlif tarixlərdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclu Şəxs icra sənədləri üzrə ümumilikdə 12.108.797 manat 87 qəpik borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmənin hazırlıq iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş lakin borc tam şəkildə ödənilməmişdir. İcra sənədində göstərilən borcun ödənilməsi məqsədilə borclunun adına hər hansı daşınardaşınmaz əmlakın və ya gəlirin olub-olmaması barədə müvafiq orqanlara sorğular verilsə də, həmin sorğulara cavab verilməmişdir. Borclu Şəxs axtarış nəticəsində tutulduğundan və hazırda onun əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu birdəfəlik ödəməyə imkanı olmasa da, onun adına olan daşınmaz əmlaklara yönəldilməsinə etiraz etmir. O, borcunu ödəməkdən yayınmır. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında material natamam olduğundan, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları ilə müəyyən olundu ki, borclu Şəxs adına daşınar və daşınmaz əmlaklar vardır, lakin həmin əmlakların dairəsi hazırda dəqiq müəyyən edilməmiş və tələbin həmin əmlaklara yönəldilməsi istiqamətində lazimi tədbirlər görülməmiş, bu istiqamətdə müvafiq sorğular verilsə də, həmin sorğulara bugünədək cavab alınmamışdır. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 100, 109 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X7
Məhkəmə qərarları › İş №3(125)-1226/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-1226/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver