Məhkəmə qərarları › İş №3(125)-1230/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1230/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1230/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-nin 3-cü PB-nin sahə rəisi, polis mayoru Nicat Hüseynovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, Bağbanlar küçəsi 1-ci döngə, 2-ci dalan, ev 5 ünvanda qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhəri BPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 21 iyun 2023-cü il tarixdə qanunsuz olaraq satış məqsədi olmadan psixotrop maddə olan matamfetamin əldə edib istifadə etmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri BPİ-nin 3-cü PB-nin sahə rəisi, polis mayoru Nicat Hüseynov tərəfindən 21 iyun 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri BPİ-nin 3-cü PB-nin sahə rəisi, polis mayoru Nicat Hüseynov izahat verərək bildirdi ki, xx.xx.2023cü il tarixdə Gəncə şəhəri Bağbanlar küçəsi 1-ci döngə 2-ci dalan ev 5-də yaşayan X1 şəhər 3-cü PB-nin rəhbərliyinə ərizə ilə müraciət edərək, Şəxs onu döyməsini və narkotik vasitə qəbul etməsini bildirmişdir. X2 tibbi müayinədən keçirilmiş, Gəncə şəhəri Bağbanlar küçəsi 1-ci döngə 2-ci dalan ev 5-də yaşayan xx.xx.1991-ci il təvəllüdlü Şəxs sidiyində psixotrop maddələrin (metamfetamin) istifadəsi nəticəsində AMP-OPİ aşkar edilmiş və bu barədə həmin şəxs barəsində müvafiq olaraq xx.xx.2023-cü il tarixdə 1547/2023 nömrəli tibbi müayinə protokolu tərtib edilmişdir. Həmin ərizə HK-1/547 nömrədə qeydiyyata alınaraq araşdırma aparılmışdır. Material üzrə araşdırma zamanı izahatı alınmış X5 izahatında xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə qonşusu və Gəncə şəhər 3-cü PB-yə ərizə ilə özü müraciət etdiyini. Şəxs ilə 2017-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan 2 övladının dünyaya gəldiyini, Şəxs mütəmadi olaraq onunla yaşadığımız ünvanda mübahisə edir ona şər atır, əxlaqsızlıqla günahlandırır və nəlayiq ifadələrlə təhqir etdiyini, həmçinin Eşqinin narkotik vasitə də istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə Şəxs yenə onunla mübahisə edərək onu nəlayiq ifadələrlə təhqir etdiyini, başqa insanlarla görüşməyini dediyini, bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə zamanı Eşqin onun saçından tutaraq yerdə sürüdüyünü və yumruqla bədəninə və başına vuraraq onu döydüyünü. həmçinin əlində bıçaqla onu öldürəcəyi ilə hədələdiyini, mübahisəmiz 3-5 dəqiqə davam etdiyini, həmin zaman evdə azyaşlı oğlu olduğunu bildirmişdir. Material üzrə izahatı alınmış Şəxs izahatında X3 etmiş olduğu müraciətlə tanış olduğunu, X4 arvadı olduğunu, birgə nikahdan 2 övladı olduğunu, Lalə Əliyevanı döymədiyini, ona hər hansı bir xəsarət yetirmədiyini, həmçinin onda olan video görüntüdə Lalə on şər atıb tutduracağını dediyini, onun narkotik vasitə istifadə etməsini polisə deyəcəyini, təxminən 5-6 ay əvvəl öz yaşadığım evimdə psixotrop maddə olan metamfetamin ( öz aramızda patı kimi adlandırırıq ) istifadə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 3-cü PB-yə daxil olmuş Gəncə şəhəri Narkoloii Dispanserdən 1081 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddə istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmı narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bununla da o Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri BPİ-nin 3-cü PB-nin sahə rəisi, polis mayoru Nicat Hüseynov Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs bildirdi ki, arabir narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə 5-6 ay əvvəl öz yaşadığı evində psixotrop maddə olan metamfetamin ( öz aramızda patı kimi adlandırırıq) istifadə etdiyini demişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1547/2023 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində AMP aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli 1081 saylı rəydən görünür ki, Şəxs psixotrop maddə istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20 iyun 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 20 iyun 2023-cü il tarixdə saat 15:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 iyun 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Gəncə şəhəri BPİ-nin 3-cü PB-nin aidiyyatı əməkdaşına göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 21 iyun 2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, himayəsində azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh növü seçərkən və inzibati tənbeh tətbiq edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməklə səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 77, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar