Məhkəmə qərarları › İş №3(125)-1239/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1239/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1239/2024 25.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, X4 haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli TP ******* nömrəli X4 haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli X4 haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində qanunsuz olaraq İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixində qərar qəbul edilmişdir. İnzibati tənbehvermə haqqında qərara görə o, xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunda saat 15:02 radələrində ona məxsus “KHAZAR LX ” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməsi qaydalarını pozmuşdur. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsində nəzərdə tutulmuş “X4 Haqqında” xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. O bu qərarla razılaşmır. “X4 Haqqında” xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın giriş hissəsində göstərilmiş tarixdə və saatda o Bakı-qazax yolunda yol hərəkət qaydalarını pozmamışdır. Onun barəsində “X4 Haqqında” xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində qeyd olunur ki, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Sözügedən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümükün deyil. Belə ki, inzibati xətanın törədilməsinə dair “video görüntü” barədə qeyd elektron qərarda öz əksini tapmamışdır. “X4 Haqqında” xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın əlavəsində olan foto şəkillərdə də inzibati xətanın törədildiyi tarix və saat əks olunmamışdır. Bu isə onun deməyə əsas verir ki, hər hansı bir inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. Onun təqsirli olması “X4 Haqqında” xx.xx.2024-cü il tarixli TP ******* qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədən ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə iclasında X4 haqqında elektron qərardan şikayət vermiş X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunda hərəkətdə olan zaman yol patrul əməkdaşı tərəfindən saxlanmışdır. İlk dəfə yol patrul əməkdaşı ona təhlükəsizlik kəmərindən istifadə etməməsini irad tutsa da, o, bununla razılaşmayaraq etirazını bildirmişdir. Yol patrul əməkdaşı ona şikayət vermək hüququnu izah etmişdir. Sonradan o, aşkar etmişdir ki, inzibati tənbehvermə haqqında qərar digər əsasla tərtib edilmişdir. O, yolun hərəkət hissəsinin işarələrinin tələblərini pozmamışdır. Barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli TP ******* saylı X4 haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* nömrəli elektron qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunda saat 15:02 radələrində ona məxsus “KHAZAR LX ” minik markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunda Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi halına yol vermiş, yəni Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində elektron qaydada X4 haqqında qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, onun barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən mübahisələndirilən qərarın qanuniliyinə və əsaslığına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X1 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmamışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş şəxsi kabinetdən çıxarışdan görünür ki, inzibati tənbehvermə haqqında qərara inzibati xətanın törədilməsini təsdiq edən foto və ya videogörüntü əlavə edilməmişdir. Məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, inzibati tənbehvermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı və inzibati xətanın törədilməsinə dair sübutların təqdim edilməsi tələb edilmişdir. Lakin inzibati tənbehvermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı və inzibati xətanın törədilməsinə dair sübutların təqdim edilməsi təmin edilməmişdir. Belə olan halda, məhkəmə iş üzrə qeyd edilmiş şübhələri şikayətçinin xeyrinə həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli TP ******* nömrəli X4 haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X1 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli TP ******* saylı X4 haqqında qərar ləğv edilsin. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL 21 iyun 2023-cü il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsinin hakimi X3 X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin X4 haqqında qərarından verilmiş şikayətlə bağlı inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Əliyev Asif 3(125)-1105/2023 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD 21 iyun 2023-cü il Gəncə şəhəri Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi X3 X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin X4 haqqında qərarından verilmiş şikayətlə bağlı inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin X4 haqqında qərarından Gəncə Şəhər Məhkəməsinə şikayət vermişdir. İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, şikayət AR İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrinə uyğun tərtib olunmuşdur. Şikayətə baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati xəta haqqında qərardan şikayətə baxılması Gəncə Şəhər Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, qərara aldım: 1) İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. 2) İşə xx.xx.2023-cü il tarixdə saat 10:00-da Gəncə Şəhər Məhkəməsinin inzibati binasında baxılsın. 3) İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirak etmələri təmin edilsin. 4) İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim Əliyev Asif

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar