Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-125/2023 13.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Üçbulaq yaşayış massivi, məhəllə - V, sahə 22 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 511.1.3-cü və və 334.2-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə Şəhər DYPŞ Yol patrul xidmətinin inspektoru polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 511.1.3-cü və və 334.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 12 yanvar 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs “VAZ 21214” minik markalı, 20DU099 dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 334.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərini etiraf edərək bildirdi ki, onun sürücülük vəsiqəsi yoxdur. Maşın atasının maşını olmuş, atasından icazəsiz olaraq maşını götürərək qaydanı pozmuşdur. Ona görə də polis əməkdaşlarının tələblərinə əməl etməyərək maşını saxlamamışdır. Əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngün inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayyinəsindən görünür ki, Şəxs sidikdə narkotik vasitə (THC) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs adına sürücülük vəsiqəsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:00 radələrində inzibati qaydada tutulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(125)-659/2022 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 206, 334.2, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib barəsində 01 ay 15 gun inzibati həbs tənbehi tətbiq edilib. Şəxs barəsində tərtib edilmiş 12 yanvar 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda onun İXM-nin 327.2, 327.3, 327.4, 332.1, 332.2, 334.2, 342.2.4, 342.5, 342.7 və 511.1.3-cü maddələrində ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən İXM-nin 327.2, 327.3, 327.4, 332.1, 332.3, 342.2.4, 342.5, 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olduğundan, məhkəmə yalnız İXM-in 334.2-ci və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs törətdiyi əməllər İXM-in 334.2-ci və 511.1.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs İXM-in 511.1.3-cü və 334.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş inzibati materialda olan sübutlarla tam sübuta yetirilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi əməlləri etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə araşdırması zamanı Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 334.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində daha ciddi xətaya, yəni avtoxuliqanlığa görə 511.1.3-cü maddəsində nəzərədə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü və 334.2-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 511.1.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla barəində 25 (iyirmi beş) gün müddətə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №3(125)-125/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-125/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver