Məhkəmə qərarları › İş №3(125)-125/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-125/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-125/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1, Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25430675 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25430675 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 (səksən) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, barəsində tərtib olunmuş EQ 25430675 nömrəli, xx.xx.2025-ci il tarixli qərar ilə Gəncə şəhəri, Nizami prospektində saat 10:26:10da X8 markalı, 77MA684 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində tərtib olunmuş Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin EQ 25430675 nömrəli, xx.xx.2025-ci il tarixli qərarını mübahisələndirir və hesab edir ki, qərar qanunsuzdur. İlk növbədə bildirir ki, inzibati tənbeh vermə haqqında qərar elektron qaydada qəbul edilmişdir və pozuntunu müəyyən edən məsul şəxsin adı qərarda qeyd olunmamışdır. Bundan başqa, ehtimal olunan inzibati xəta hərəkət hissəsinin ikinci cərgəsində baş verməmişdir, avtomobilin hərəkət etdiyi yer yolun hərəkət hissəsinin birinci cərgəsidir. Yolun həmin hissəsində o, avtomobilini sağda parklama üçün nəzərdə tutulmuş və yolun hərəkət hissəsi hesab edilməyən yerə park emək üçün yavaş surətlə hərəkət edərək avtomobili park etməyə çalışmışdır. Parkinq yeri olmadığından və yolayrıcıda başqa avtomobil döndüyündən avtomobili yavaşlatmış və sonra da sağa dönmə əməliyyatı etmişdir. Ümumiyyətlə, qeyd olunan yerdə sağ tərəfdə avtomobili park etmək üçün avtomobilin məcburi qaydada dayandırılması lazımdır. Beləliklə, onun avtomobilinin yol hərəkətinin birinci cərgəsində məcburi qaydada dayanması inzibati xəta hadisəsi yaratmır. Həmçinin avtomobilin dayanmasına və durmasına görə heç bir video görüntü yoxdur. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli EQ 25430675 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, ehtimal olunan inzibati xəta hərəkət hissəsinin ikinci cərgəsində baş verməmişdir, avtomobilin hərəkət etdiyi yer yolun hərəkət hissəsinin birinci cərgəsidir. Yolun həmin hissədə o, avtomobilini sağda parklama üçün nəzərdə tutulmuş və yolun hərəkət hissəsi hesab edilməyən yerə park emək üçün yavaş surətlə hərəkət edərək avtomobili park etməyə çalışmışdır. Parkinq yeri olmadığından və yolayrıcıda başqa avtomobil döndüyündən avtomobili yavaşlatmış və sonra da sağa dönmə əməliyyatı etmişdir. Ümumiyyətlə, qeyd olunan yerdə sağ tərəfdə avtomobili park etmək üçün avtomobilin məcburi qaydada dayandırılması lazımdır. Ona görə də xx.xx.2025-ci il tarixli EQ 25430675 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi X5 bildirdi ki, şəxsin inzibati xəta hadisəsini törətməsini əks etdirən DVD diski məhkəməyə təqdim edir və X1 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli EQ 25430675 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə, yəni yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə, onun barəsində 80(səksən) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, KİA Sorenta minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə-səksən manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan video görüntüdən görünür ki, KİA Sorenta minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X3 yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanma və durmaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda şikayətçi məhkəmə iclasında həmin xətanı törətdiyini etiraf etmiş, lakin düzgün qeydə alınmadığını bildirərək inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən aydın olur ki, inzibati xətanın törədildiyi yolda X3 yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanaraq qanunvericiliyin tələbini pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X2 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25430675 nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25430675 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar