Məhkəmə qərarları › İş №3(125)-1260/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1260/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1260/2022 29.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər DYPŞ-nin polis mayoru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi VAZ-21074 minik markalı, ** EE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospektində olan zaman “X8” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərini pozaraq, X5 idarə etdiyi “Mercedes Benz” markalı ** CT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, sonradan isə sonuncu idarə etməni itirərək əks yola çıxıb əks yolda hərəkətdə olan sürücü X2 idarə etdiyi ** KF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə X3 burun sümüyünün yerdəyişməyən sınığı, burun nahiyəsinin qançırı və səthi yaraları, ənsə nahiyəsinin səthi yaraları ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulduqda cinayət məsuliyyəti yaradır.Belə ki, qeyd olunan yolnəqliyyat hadisəsi faktı üzrə sürücü Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd eidlmişdir. Lakin sürücü Şəxs, X8 Qanunun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə ŞBPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs əməlini etiraf edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, idarə etdiyi “Mercedes” markalı ** CT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, X13 prospektində düzünə Yevlax rayonuna doğru hərəkətdə olarkən təxminən 55 km/saat sürətlə hərəkət etmişdir. Hərəkətdə olan zaman onun qarşısına Priora markalı avtomobil olmuş, həmin vaxt sağ tərəfdə olan çayxananın qarşısında olan duracaqdan ani surətlə VAZ 21074 minik markalı avtomobil qarşısında olan Priora markalı avtomobili buraxaraq ani anda onun hərəkət yoluna doğru manevr etmiş və nəticədə onun avtomobilinin ön hissəsi ilə toqquşmuş, o, həmin avtomobili görəndə tez bir zamanda sükanı sağa tərəf çəkmiş və əks yolda olan BMW markalı avtomobilin ön hissəsi ilə toqquşduqdan sonra idarə etdiyi yük avtomobili səkiyə dəydikdən sonra yerində dayanmışdır. Hadisə zamanı VAZ 21074 markalı avtomobildə olan sərnişin X7 xəsarət almış, hadisə yerinə TTY-nə məlumat verilmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığnı, əlilliyinin olmasını nəzərə alıb ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 2012 saylı rəyindən görünür ki, vətəndaş X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər burun sümüyünün yerdəyişməyən sınığı, burun nahiyyəsinin qançırı və səthi yaraları, ənsə nahiyəsinin səthi yaraları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. 06 noyabr 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur (ayıqdır). X1 xx.xx.2022-ci il tarixli notarial ərizəsinin surətindən görünür ki, o, Şəxs ilə barışmışdır, dəymiş ziyan tam ödənilmişdir, şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcə əlildir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar: yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “X8” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması; svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə; dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi; birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə; avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsi, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsi, geriyə dönmə, geriyə hərəkət etmə və sürmə təlimi keçmə; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması – nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. “X8 Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, üçüncü dərəcə əlilliyinin olmasını, zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar