Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1261/2023 18.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, DOS 101, ev 55, mənzil 1də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş inzibati icraat aparılan şəxs, zərər çəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Gündüz İsmayılov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X5 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Reno Meqan” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə gecə təxminən saat 01 radələrində idarə etdiyi “Reno Meqan” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhər “Dəyirmanın Dairəsi” istiqamətindən Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə düzünə Atatürk prospekti istiqamətində hərəkətdə olarkən Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində işıqforun qırmızı işığında yol ayrıcına daxil olarkən, “Dəmir Yolu” vağzalı istiqamətdən Gəncə şəhəri Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsi istiqamətində hərəkətdə olan sürücü X1 idarə etdiyi “VAZ 21074” minik markalı **- ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş toqquşmanın təsirində “VAZ 21074 minik markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil bir dəfə sağ yanı üstə aşaraq Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yolun sağ tərəfində yerləşən Aptekin şüşəsinə dəymiş və Aptekin şüşələri sınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı heç bir xəsarət almamış, digər sürücü Səccad Bəşirov xəsarət aldığı üçün hadisə yerinə Gəncə şəhər TTY çağrılmışdır. Həkimlər onu müayinə etmişlər, ciddi bir xəsarəti olmadığı üçün xəstəxanaya getməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etdikdən sonra onlan sərxoşluq müayinəsindən keçirmişlər və onun ayıq olmağı məlum olmuşdur. Hadisənin baş verməsinə səbəb, ehtiyatsızlığından idarə etdiyi “Reno Meqan” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında yol ayrıcına daxil olmağı olmuşdur. Araşdırma zamanı izahatı alınmış X2 izahatında göstərmişdir ki, sürücülük vəsiqəsi yoxdur. “VAZ 21074” minik markalı 20-ED- 729 dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə gecə təxminən saat 01 radələrində tək özü idarə etdiyi “VAZ 21074” minik markalı 20ED-729 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhər “Dəmir Yol” vağzalı istiqamətindən Gəncə şəhəri Atatürk prospekti ilə düzünə Ş.İ.Xətai prospekti istiqamətində hərəkətdə olarkən Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində işıqforun yaşıl işığında idarə etdiyi avtomobil ilə düzünə hərəkətini davam etdirərkən, “Dəyirmanın dairəsi” deyilən istiqamətdən Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsi istiqamətində hərəkətdə olan “Reno Meqan” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən adı sonradan ona məlum olan Şəxs idarə etdiyi avtomobil ilə Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirərkən idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Baş vermiş toqquşmanın təsirindən idarə etdiyi avtomobil bir dəfə sağ yanı üstə aşaraq Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində yolun sağ tərəfində yerləşən Aptekin şüşəsinə dəymiş və Aptekin şüşələri sınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı qollarından, ayağından xəsarət aldığı üçün hadisə yerinə Gəncə şəhər TTY çağnlmışdır. Həkimlər onu müayinə etmişlər, ciddi bir xəsarəti olmadığı üçün xəstəxanaya getməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etdikdən sonra onları sərxoşluq müayinəsindən keçirmişlər və onun ayıq olmağı məlum olmuşdur. Hadisənin baş verməsinə səbəb, Şəxs idarə etdiyi “Reno Meqan” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Ş.İ.Xətai prospekti ilə Atatürk prospektinin kəsişməsində yerləşən işıqforun qırmızı işığında yol ayrıcına daxil olması olmuşdur. Həmin vaxt avtomobili 50-60 km/saat sürətlə idarə etmişdir. Həmin avtomobili təxminən 20-30 metr məsafədə görmüş və hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobili sağa tərəf çəksədə, yol nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 675 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarət – müəyyən edilmiş xəsarətlər - sol bud-çanaq oynağı nahiyəsinin və sağ dirsək nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, təpə nahiyəsinin əzilmiş yarası, sol bazu, sol diz nahiyələrinin sıyrıqlan - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərann təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sürücü Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dan alınmış xx.xx.2023-cü il tarixli 313-16- 3/2- 3848/2023 nömrəli məktubdan görünür ki, Şəxs BD 103 371 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi kimi nəzərə alır (İXM 32.1.1 və 32.1.7). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X4 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X4 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1261/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1261/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver