Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1265/2025 09.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3173/2023 saylı icra sənədinə əsasən Şəxs 13000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat və ödənilmiş dövlət rüsumuna görə 129 manat məbləğində pul vəsaiti alınaraq X5 verilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3173/2023 saylı icra sənədinə əsasən borclu Şəxs borcunu ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 3 aya qədər borcundan 5000 manat ödəniş edəcəkdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 50 manat ödəniş etmişdir, bundan sonra da ayda 400-500 manat olmaqla borcunu ödəyəcəkdir. Atasının hakim təqaüdü də anasına kəsiləndən sonra daha tez ödəməyə çalışacaqdır. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, borclu ona peşə məktəbində müəllimə işlədiyini və maaşını aldıqca borcunu ödəyəcəyini desə də, ödəniş etməmiş, borcun ödənilməsindən qərəzli olaraq yayınmışdır. Borcunu ödəmədiyinə görə məcbur olub evini satmışdır. Onun qardaşına görə borcunu ödəməsini 1 il uzatmış, ancaq yenə də borcunu ödəməmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3173/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 13000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat və ödənilmiş dövlət rüsumuna görə 129 manat məbləğində pul vəsaiti alınaraq X5 verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3173/2023 saylı icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilməmiş, 12730 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3173/2023 saylı icra sənədi üzrə icraat başlanmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, icra sənədinin icrası məqsədi ilə Şəxs tələbin könüllü icrası barədə məlumatlandırılmışdır. xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilməsi qərara alınmışdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış, maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini, bu günədək borcundan 630 manat məbləğində ödəniş etdiyini, imkanı olan kimi hissə-hissə ödəniş etməyə davam edəcəyini bildirmiş, borcunu ödəməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X2 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati cərimə tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədilə inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-1265/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1265/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver