Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-128/2023 24.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinənin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Goranboy rayonu Xoylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Goranboy rayonu Xoylu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin kiçik inspektoru X3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin kiçik inspektoru X3 tərəfindən tərtib olunmuş 09 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ** AD *** nömrəli “PAZ” markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtobusda Gəncə şəhəri X2 saat 16:15 radələrində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 protokolda göstərilən xüsusatları bildirərək, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 09 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ** AD *** nömrəli “PAZ” markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtobusda Gəncə şəhəri X2 saat 16:15 radələrində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş xx.xx.2023-cü il tarixli Aktın surətindən görünür ki, Gəncə şəhəri X4 ərazisində aparılan yoxlama zamanı Sərnişindaşıma fəaliyyəti göstərən ** AD *** dövlət qeydiyyat nömrə nişanlı “Paz” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olması və qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə tənbehi müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta tərkibi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş sübut kimi göstərilmiş fotoşəkildən “Paz” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan və həmin nəqliyyat vasitəsini idarə edən şəxsi müəyyən etmək mümkün olmamışdır. Bundan başqa protokolda qeyd olunan “Paz” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində inzibati icraat aparılan Şəxs mülkiyyətində və ya istifadəsində olmasına dair hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş 09 yanvar 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilməli, inzibati xəta üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-128/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-128/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver