Məhkəmə qərarları › İş №3(125)-128/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-128/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-128/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X8, zərərçəkmiş şəxs X11 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, evli, fərdi əməklə məşğul olan, Samux rayonu, Bağbanlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs ünvan 1 ünvanında yaşayan X3 onun anasının qəbrinin yanında bulaq düzəltmək üçün Gəncə şəhəri, Atabəylər küçəsində yerləşən İmamzadə ziyarətgah kompleksinin qarşısında dələduzluq yolu ilə 130 manat məbləğində, Şəxs Gəncə şəhəri, Atatürk prospektində yaşayan X9 onun anasının qəbrini təmir etmək üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, İmamzadə qəbirstanlığında dələduzluq yolu ilə 100 manat məbləğində, Şəxs ünvan 2 ünvanında yaşayan X1 onun atasının qəbrinin üstündə çardaq düzəltmək üçün 2023-cü ilin avqust ayında Gəncə şəhəri, İmamzadə kompleksində dələduzluq yolu ilə 400 manat məbləğində, Şəxs ünvan 4 ünvanında yaşayan X4 onun qardaşının qəbrini təmir etmək üçün xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, İmamzadə kompleksində dələduzluq yolu ilə 150 manat məbləğində pulu alıb ziyan vurmaqla, xırda talama əməllərini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2024cü il tarixli MN ******* saylı, xx.xx.2024-cü il tarixli MN ******* saylı, xx.xx.2024-cü il tarixli MN ******* saylı və xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X13 çıxış edərək bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından tərtib edilmiş materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xətaları törətməsini səmimi etiraf edərək, bildirdi ki, onun barəsində tərtib edilmiş protokollarda göstərilən əməlləri o, maddi ehtiyacı olduğu üçün törətmişdir. Törətdiyi əməllərə görə çox peşmandır və maddi imkanı olmadığı üçün zərəri ödəməsi mümkün deyildir. Himayəsində bir azyaşlı uşağı var. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 ifadəsində bildirdi ki, Şəxs ondan anasının qəbrini təmir etmək üçün 100 manat pulunu almış, lakin vədinə əməl etməyərək anasının qəbrini təmir etməmiş və ondan aldığı pulu bugunki günədək qaytarmamışdır. Buna görə də barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısının 22 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, X5 130 manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısının 30 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, X11 100 manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısının 08 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, X2 400 manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısının 06 dekabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, X6 130 manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə görə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 10 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, X7 məxsus 130 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsinə görə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardaddan görünür ki, X7 məxsus 130 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsinə görə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 15 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, X14 məxsus 100 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsinə görə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 09 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərardaddan görünür ki, X14 məxsus 100 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsinə görə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 yanvar 2024-cü il tarixdə, saat 09:00-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə informasiya sistemindən çıxarılmış sorğudan görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X10 adlı bir azyaşlı övladı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını və himayəsində bir azyaşlı uşağının olmasını İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, əməlini etiraf etməsini və himayəsində bir azyaşlı uşağının olmasını, onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla onun barəsində tərtib olunmuş protokollar üzrə müəyyən edilmiş əməllərə görə ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 08 yanvar 2024-cü il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə və xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbsdə sаxlаmа müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 08 yanvar 2024-cü il tаrixdən, saat 09:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X15 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar