Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1282/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl rayon, üçtəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X20 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:00-da Şəxs idarə etdiyi “Mercedes Benz 220” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, F.Həsənov küçəsi ilə hərəkətdə olan sürücü X5 idarə etdiyi “Kia Ceed” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X2, X5 və X1 qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olsa da, hazırda əməlindən peşmandır. Barəsində nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması barədə tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmi şəxslər məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X21 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Onun BC Kateqoriyalı sürücülük vəsiqəsi var. “Mercedes Benz 3220" minik markalı **-VB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil baş etibarnamə əsasında idarə edir. xx.xx.2024-cu tarixdə saat təxminən 22 radələrində dostu Elşənlə birlikdə abtomobili idarə edərək ara küçədən çıxıb Gəncə şəhər, F.Həsənov küçəsinə dönən zaman yer sürüşkən olduğundan avtomobil sürüşməyə başlamışdır. Bu zaman o həyəcanlanmış və qeyri-ixtiyari əyləc pedalını basmaq istəyərkən qaz pedalını basmış, bu zaman qarşı tərəfdə onunla əks istiqamətdə olan “KİA CEED” markalı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Daha sonra o huşunu itirmiş ayılan zaman Gəncə şəhər 3 saylı xəstəxanada olduğunu görmüşdür. Sərxoşluq müayinəsi olunan zaman ayıq olduğu məlum olmuşdur. O həmçinin bildirmişdir ki, hadisənin baş verməsinə yerin yaş olması və avtomobilin sürüşməsi ilə onun idarəetməni itirməsi səbəb olmuşdur. Həmin vaxt onun idarə etdiyi “Mercedes Benz C220” minik markalı ** VB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürəti təxminən 40-50 km/saat olmuşdur. Hadisə baş verən zam avtomobildə dostu Elşən olmuşdur. Hadisə zamanı həmin yerdə onun tanıdığı heç kim hadisəni görməmişdir. Araşdırma zamanı izahatı alınmış Elşən Mustafayev izahatında Şəxs dediklərini bir daha təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınmış X11 izahatında bildirmişdir ki, rəsmi olaraq Fövqəldada Hallar Nazirliyinin Dadaşov adına Elmi tədqiqat institunda mütəxəssis işləyir. Onun B kateqoriyalı sürücülük vəsiqəsi var. "Kia Ceed" minik markalı **-EL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil dostu X4 məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Gəncə şəhər 3 nömrəli xəstəxanasından çıxıb Gəncə şəhəri, F.Həsənov küçəsi ilə düzünə saatda təxminən 40-50 km/saat sürətlə hərəkət olub yanacaqdoldurma məntəqəsini doğru getmişdir. Həmin zaman sol tərəfdə yerləşən yanacaqdoldurma məntəqsindən "Mercedes Benz” minik markalı avtomobilin sürücüsü əks hərəkət zolağından onun hərəkət yoluna çıxmışdır. Bu zaman o idarə etdiyi avtomobilin əyləc sistemindən istifadə edərək sükanı sağa doğru çəkmiş, lakin həmin avtomobil onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Daha sonra hadisə yerinə tammadağı şəxslər toplaşmışlar. Onları oradan Gəncə şəhər 3 saylı şəhər xəstəxanasına aparmışlar, oradan da o Gəncə şəhər göz xəstəxanasına getmiş və orada gözü həkimlər tərəfindən əməliyyat olunmuşdur. Sonra sərxoşluq müayinəsindən keçmək üçün narkoloji disponserə getmişdir. Həkim tərəfindən yoxlanılmış və ayıq olmağı bilinmişdir. Həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş verməsinə səbəb “Mercedes Benz” markalı avtomobilin dönmə əməliyyatı edən zaman sürətli çıxaraq avtomobili idarə edən şəxsin idarəetməni itirməyi olmuşdur. Həmin vaxt onun idarə etdiyi "Kia Ceed" minik markalı ** EL *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürəti təxminən 40-50 km/saat olmuş və "Mercedes benz" markalı avtomobilin idarəetməni itirdiyini görən zaman əyləc sistemindən istifadə edib sürətini 20-30 km/saata qədər azaltmışdır. Hadisə baş verən zaman avtomobilidə bacısı oğlu X12 olmuşdur. Hadisə zamanı həmin yerdə, onun tanıdığı heç kim hadisəni görməmişdir. Bildirmişdir ki, F.Həsənov küçəsi ilə düzünə həkətdə olarkən o “Mercesdes Benz" minik markalı avtomobili qəflətən görmüşdür. Həmin zaman əyləc sistemindən istifadə edərək sükanı sağa doğru çəksədə həmin avtomobil sürətli gələrək onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. O həmin vaxt avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən isitifadə etmişdir. Hadisə zamanı o əsas olaraq göz nahiyyəsindən xəsarət almış və əməliyyat olunmuş və bacısı oğlu xəsarət almışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 323 saylı rəyindən görünür ki, vətəndaş X3 bədəni üzərində müəyyən edilmiş xəsarət - sol ayağın yumşaq toxumalarının qançır şişkinlik halında əzilməsi küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsvir hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdı əmələ gələ bilər, sağlamlığın qıs« müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 325 saylı rəyindən görünür ki, vətəndaş X5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gözün üst və alt qapaqiarırıır yaraları, sağ ayaq və sağ əl pəncələrinin qançırları, sağ diz nahiyəsinin sıyrığı-bərk KÜT əşyamr (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsvir hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qıs« müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 326 saylı rəyindən görünür ki, vətəndaş X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyəsinin yarası və sol dirsə! oynağı nahiyəsinin sıyrığı - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü i tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarında olan BDYPİ-nin RQİ və TBŞ-nə sorğuya verilmiş cavab materialından görünür ki, Şəxs BD 103203 saylı, BC kateqoriyalı sürüclük vəsiqəsi xx.xx.2017- ci il tarixdən xx.xx.2031-ci il tarixədək verilmişdir. İş materiallarında olan BDYPİ-nin RQİ və TBŞ-nə sorğuya verilmiş cavab materialından görünür ki, X8 AD 634 192 saylı -B- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək verilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.22024-cü il tarixli 663/2024 və xx.xx.22024-cü il tarixli 662/2024-cü il tarixli aktlardan görünür ki, X11 və Şəxs hadisə vaxtı ayıq olmuşlar. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsi yerinin sxemindən görünür ki, Şəxs idarə etdiyi “Mercedes Benz 220” minik markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, F.Həsənov küçəsi ilə hərəkətdə olan sürücü X5 idarə etdiyi “Kia Ceed” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmış və nəticədə avtoqəza hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 327.8-ci maddəsinin sanksiyasında həmin məcəllənin 327.1-327.6, 328 və 330cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat miqdarında cərimə edilməsi və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi kimi nəzərə alır (İXM 32.1.1 və 32.1.7). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılması növündə tənbeh edilməlidir. Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X20 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X20 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-1282/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1282/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver