Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-1289/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Şikayətçinin müdafiəçisi Nümayəndə1, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* nömrəli 01 aprel 2025-ci il tarixli İnzibati xəta haqqında qərara görə Z.N.Bayramova, Şahid3, Şahid1 və Şahid5 ilə xx.xx.2025-ci il tarixədək AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Ay Brows” gözəllik salonuna işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməyə görə AR İXM-in 1921-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Sözügedən qərarı mübahisələndirir və hesab edir ki, qərar bir sıra qanun pozuntusu ilə qəbul edilmişdir. İlk növbədə bildirir ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən şəxslərin əksəriyyəti gözəllik salonunun müştəriləridir. Onlar gözəllik salonda olarkən xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü PŞ-nin polis sahə rəisi Elvin və Kamran adlı polis əməkdaşları qanunsuz və icazəsiz gözəllik salonuna girərək şəxsi mobil telefonları ilə gözəllik salonunda video çəkiliş aparmışlar. Polislər həmçinin salonda olan şəxsləri qanunsuz sorğu-sual edərək onların adlarını soruşmuşlar. Həmin saatda o, gözəllik salonunda olmamışdır. Ona bu barədə Xəyal adlı işçi zəng vuraraq məlumat vermişdir. O, salona gəldikdə polislərin ona hədə qorxu etdiyindən sonra onların hərəkətlərindən Baş prokuroluğunun "961 “xidmətinə DİN ”102” xidmətinə və daha sonra DİN Daxili Təhqiqatlar İdarəsinə şikayət etmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən şəxslər onun yanında işləmirdilər və heç bir xidmət göstərmirdilər. Onların heç birindən də bu barədə izahat alınmamışdır. Həmçinin polisin onların şəxsiyyəti ilə və iş fəaliyyəti ilə bağlı aldığı məlumatlar qanunsuz olduğundan sübut kimi istifadə oluna bilməz. Həmçinin, inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan ehtimal olunan işçiləri dəvət etməyib, onların izahatlarını almamış, yalnız polisin qanunsuz verdiyi məlumat əsasında qanunsuz qərar qəbul etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş şikayətçi X6 şikayətini müdafiə edərək bildirmişdir ki, polis əməkdaşları onun salonuna gəldiyi zaman o, salonda olmamışdır. Xəyal adlı işçi ona zəng edərək polis əməkdaşlarının onun salonuna gəldiklərini bildirmişlər. Daha sonra o, salona getmişdir. Salonda 4-5 nəfər müştəri olmuşdur. Onun özü salonda qaş ustası kimi fəaliyyət göstərir. Xəyal saç ustası, Giləxanım makiaj ustası kimi fəaliyyət göstərir. Jalə adlı şəxs həmin günü orda müştəri olmuşdur. Jalə onun salonunda işçi kimi fəaliyyət göstərmir. O, Giləxanımla faizlə işləmişdir. Onun Giləxanımla əvvəllər əmək müqaviləsi olmamışdır. Giləxanımın öz vöeni olduğu üçün onunla əmək müqaviləsi bağlamamışdır. Məhkəmə iclasında şikayətçinin müdafiəçisi Nümayəndə1 şikayəti müdafiə edərək bildirmişdir ki, Azərbyacan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə-Daşkəsən regional şəbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. Polis əməkdaşları qanunsuz olaraq X4 məxsus salona daxil olaraq orada yoxlama aparmışlar. Onlar polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı bir çox yerlərə şikayətlər etmişlər. X4 məxsus salonda sadəcə Şahid1 əmək müqaviləsi olmadan əməyə cəlb edilmişdir. Əmək müfəttişliyinin qərarında göstərilən digər şəxslər Şahid4, Şahid5 və Şahid3 orada müştəri olmuşlar. Şahid2 əmək müqaviləsi olmuşdur. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə2 ifadəsində bildirmişdir ki, X6 barəsində tərtib edilmiş qərar əsaslıdır. Belə ki, 28 fevral 2025-ci il tarixədək X6 tərəfindən Şahid4, Şahid5, Şahid1 və Şahid3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Ay Brows” gözəllik salonunda əməyə cəlb edilmişlər. İnzibati icraat Gənə şəhər prokurorunun qərarı əsasında başlamışdır. Sonda o, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, X4 məxsus salonda işçi kimi fəaliyyət göstərməmişdir. O, polis əməkdaşlarının salona gəldiyi gün oraya makiaja getmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, əvvəllər X6 ilə işləmək istəmişdir. X11 faizlə işlədiyini bildirdiyi üçün onlar razılığa gəlməmişlər. O, əvvəllər Nəsibova Aytənlə işləməmişdir. Polis əməkdaşları salona gəldiyi gün o, qaşlarını düzəltdirməyə görə oraya getmişdir. Polis əməkdaşları ondan oranın işçisi olub-olmadığını soruşduqları zaman o, həyacandan orda işlədiyini demişdir, lakin o, salonda işçi olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 6 aydır ki, Nəsibova Aytənlə birlikdə işləyir. O, salonda makiaj ustası kimi fəaliyyət göstərir. Polis əməkdaşları gəldiyi zaman o, salonun yuxarı mərtəbəsində olmuşdur. Onlar səsə aşağı düşmüşlər. Polis əməkdaşları onlardan izahat almışlar. O, izahatında polis əməkdaşları nə deyib onu yazmışdır. O, salonun digər işçilərini tanımır. Onun əvvəllər əmək müqaviləsi olub-olmamağını o, bilmir. Bu işlərlə müdirin məşğul olduğunu bildirmişdir. Aytən Nəsibova ona gəlib 10-15 gün işləməsini daha sonra əmək müqaviləsi bağlayacaqlarını bildirmişdir. Məhkəmə iclası zamanı Şahid2 Polis Bölməsində verdiyi ifadəsi elan edilmiş, o, ifadəsində bildirmişdir ki, “Ay brows” gözəllik salonunda 2023-cü il tarixdən saç ustası kimi fəaliyyə göstərir. Onunla əmək müqaviləsi bağlanmışdır. İşinə görə hər müştəriyə görə ona 60% müqabilində əmək haqqı verilir. Həmin salonda ondan başqa Günel, Aysel, Giləxanım və Jalə xanım işləyirlər. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. -İş materiallarında olan 01 aprel 2025-ci il tarixli, MN1808248 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, DƏMX-nin Gəncə Daşkəsən regional şöbəsinin rəisi X5 tərəfindən X3 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən 4500 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. -İş materiallarında olan 17 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, 28 fevral 2025-ci il tarixədək X6 tərəfindən Şahid4, Şahid5, Şahid1 və Şahid3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Ay Brows” gözəllik salonunda işlərin (xidmətlərin) görülməsinə cəlb edilişlər. -Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şahid1 ilə bağlanılan əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə sistemə daxil edilmişdir. -Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Şahid5 ilə bağlanılan əmək müqaviləsi 02 sentyabr 2024-cü il tarixdə sistemə daxil olmuş, lakin imzalanmamışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X2 əmək müqaviləsi olmadan Şahid1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əməyə cəlb etmişdir. Bu pozuntu Əmək müqaviləsi bildirişinin surətindən və məhkəmə iclası zamanı tərəflərin verdiyi ifadələrlədə öz təsdiqini tapmışdır. Həmçinin Şahid5 ilə əmək müqaviləsi xx.xx.2024-cü ildə sistemə daxil olsa da, həmin müqavilə öz hüquqi qüvvəsini almamışdır. Eyni zamanda Şahid5 şahid qismində verdiyi ifadəsində orada işçi olduğunu həyacanlansa da demişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddənin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü bəndinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Göründüyü kimi X6 barəsində törətdiyi xətaya görə qanuni şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X6 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-1289/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-1289/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver